ASAN Kommunal

Azərbaycan Respublikası Prezidentinin 4 may 2016-cı il 890 nömrəli Fərmanı ilə əhaliyə kommunal sahədə xidmətlərin göstərilməsində idarəetmənin optimallaşdırılması və şəffaflığın artırılması, “ASAN xidmət” təcrübəsinin digər xidmət sahələrində tətbiq edilməsi, xidmətlərin daha keyfiyyətli, rahat və innovasiyaların tətbiqi ilə həyata keçirilməsi və bu sahədə vətəndaş məmnunluğunun təmin olunması məqsədi ilə “ASAN Kommunal” mərkəzlərinin yaradılması tapşırılımışdır.

28 dekabr 2016-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə 1 saylı “ASAN Kommunal” mərkəzinin, 10 feveral 2017-ci il tarixində isə 2 saylı “ASAN Kommunal” mərkəzinin rəsmi açılışı baş tutub.

Mərkəzdə “Azərişıq” ASC, “Azərsu” ASC, “Azəriqaz” İB tərəfindən 45 növ xidmət göstərilir.

 

Qeyd:

“ASAN Kommunal” mərkəzləri həftənin bazar ertəsi – cümə günləri saat 10:00-dan 20:00-dək, şənbə günü isə saat 10:00-dan 17:00-dək (nahar fasiləsi olmadan) fəaliyyət göstərir. Həftənin bazar günü Mərkəzdə qeyri-iş günüdür.

Xidmətlərlə bağlı daha ətraflı:

“AZERISIQ” ASC

“AZERISIQ” ASC

Xidmətlər
``Azərsu`` ASC

``Azərsu`` ASC

Xidmətlər
``Azəriqaz`` İB

``Azəriqaz`` İB

Xidmətlər