“ASAN” Viza yeni əməkdaşlar axtarışındadır

s

12 Fev “ASAN” Viza yeni əməkdaşlar axtarışındadır

“ASAN Viza”  operator vəzifəsi üzrə vakansiya elan edir:

 

Tələblər:

Təhsil: ali

Təcrübə: -1-3 il

IT biliklər: MS Office (Word, Excel, Outlook və s.)

Dil: – İngilis – ( A1-A2) , Rus – ( A1-A2). Ərəb dili bilənlərə üstünlük veriləcək.

 

Funksiyalar:

  • Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün elektron viza məlumatlarının qeydiyyatının aparılması;
  • Əcnəbi və vətəndaşlığı olmayan şəxslərə aid məlumatların məxfiliyinin təmin edilməsi;
  • Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin elektron viza ilə bağlı suallarının cavablandırılması;
  • Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında qalma müddətilə bağlı məlumatlandırılması;
  • Yarana biləcək hər hansı bir neqativ hallar haqda Asan Viza departamentinin rəhbərliyini dərhal məlumatlandırmaq

 

Bilik və bacarıqlar:

 

Təşkilatçılıq III səviyyə:

  • Gündəlik işlərdə vaxtın idarə edilməsi;
  • Gündəlik tapşırıqların həyata keçirilməsinin prioritetləşdirmək bacarığı;
  • Gündəlik funksiyaların həyata keçirilməsi üçün uyğun metodların seçilməsi.

 

Ünsiyyət III səviyyə

  • Deyiləni aydın şəkildə anlamaq üçün digərlərinə aktiv şəkildə qulaq asmaq;
  • Məlumatı qısa, aydın və dəqiq ötürmək;
  • Müxtəlif insanlarla müxtəlif ünsiyyət növlərindən istifadə etmək (məlumatı ötürmək üçün münasib ünsiyyət növünü seçmək).

 

Təhlil III səviyyə

  • Həll edilməli olan problem/tapşırıq barəsində müxtəlif mənbələrdən məlumat toplamaq;
  • Problemin/tapşırığın komponentləri arasında qarşılıqlı əlaqəni müəyyən etmək;
  • Problemin həll yolunu, yaxud yerinə yetirilmiş tapşırığı məntiqi şəkildə izah edə bilmək.

 

Peşəkar bilik və bacarıqlar III səviyyə

  • Gündəlik funksiyaların həyata keçirilməsi üçün lazım olan hüquqi tənzimləmə və prosedurları bilmək (Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi, ASAN Viza sistemi barədə müvafiq normativ aktlar);
  • Gündəlik funksiyaları yerinə yetirmək üçün bilik və bacarıqların olması;
  • İşin səmərəli şəkildə qurulması üçün iş yoldaşları ilə ünsiyyət saxlamaq;
  • Yüksək səviyyədə şifahi ünsiyyət və nəzakətli davranış qabiliyyəti, stresə davamlılıq.

 

Namizədlər öz CV-lərini info@icenter.az elektron poçt ünvanına 28.02.2018-ci il tarixinə qədər göndərməlidir.

 

No Comments

Post A Comment