“ASAN xidmət” Özbəkistanda təqdim olunub

Kamran m

01 İyn “ASAN xidmət” Özbəkistanda təqdim olunub

30 May 2018-ci il tarixində Özbəkistanın Daşkənd şəhərində “Cari İnkişaf Mərhələsində Dövlət İdarəetmə Sisteminin Modernləşməsi: Beynəlxalq Təcrübə və Özbəkistan Modeli”  mövzusunda çoxmodullu forum təşkil olunub.

Bir çox ölkələrin təmsil olunduğu forumda iştirakçı ölkələrin dövlət idarəetməsində mövcud vəziyyəti, idarəetmədə innovativ yanaşmalar müzakirə edilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən “İnnovasiyalar Mərkəzi”nin direktoru Aqasi Kamran forum iştirakçılarına “ASAN xidmət” modeli haqqında təqdimatla çıxış edib.

“ASAN xidmət” mərkəzlərinin fəaliyyəti, mərkəzlərdə vətəndaş məmnunluğunun artırılması eləcə də iş yükünün azaldılması məqsədilə  tətbiq olunan innovativ texnologiyalar haqqında məlumat verən Kamran Aqasi bildirib ki, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin təşəbbüsüylə “ASAN xidmət” mərkəzlərinin yaradılması dövlət idarəetmə sistemində yeni bir mərhələnin təməlini qoyub.

“Operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət, rahatlıq prinsipləri əsasında fəaliyyət göstərən “ASAN xidmət” mərkəzlərinin əsas məqsədi, dövlət xidmətləri sahəsində şəffaflığı artırmaq, korrupsiyaya hallarının qarşısını almaq, xidmət sahəsində trend innovasiyaları tətbiq etmək və vətəndaşlara xidmət sahəsində aparılan institusional islahatların səmərəliliyini artırmaqdır. Bu gün  Azərbaycanda artıq 13 “ASAN xidmət” mərkəzi mövcuddur və Azərbaycan məhsulu olan bu model qısa bir zamanda məşhurlaşdı  və təsadüfi deyil ki, “ASAN xidmət” modeli hazırda  bir sıra ölkələr tərəfindən də tətbiq olunmaq məqsədilə  dərindən öyrənilir” deyə Kamran Aqasi bildirib.

Kamran m Kamran m1 Kamran m2 Kamran m3

 

 

No Comments

Post A Comment