Astana dialoqu

IMG_8316

23 Noy Astana dialoqu

19-20 Oktyabr 2017-ci il tarixlərində Qazaxıstanın Astana şəhərində Azərbaycan Respublikası Prezidentinin yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin struktur vahidi olan İnnovasiyalar Mərkəzi “Dövlət xidmətlərinin inkişafında Qazaxıstan təcrübəsi: innovativ yanaşmalar, çətinliklər və həllər” [Astana dialoqu] mövzusu üzrə seminarda təmsil olunmuşdur. Qeyd edək ki, seminar “Vətəndaşları üçün hökumət” Dövlət Şirkəti və BMTİP-in Dövlət Qulluğu Şəbəkəs tərəfindən birgə təşkil olunmuşdur.

Seminarın əsas məqsədi dövlət məmurlarını və region ölkələrindən olan mütəxəssisləri dövlət xidmətlərinin göstərilməsində fikir mübadiləsi aparmaq və bu sahədə ən yaxşı təcrübələrin paylaşılmasında dialoq yaratmaq üçün bir araya gətirmək idi.

İnnovasiyalar Mərkəzinin direktoru, cənab Kamran Aqasi Astana dialoqunda iştirakı çərçivəsində “ASAN xidmət” təcrübəsini uğurlu Azərbaycan brendi kimi paylaşıb

O, Belarus, Gürcüstan, Qırğızıstan, Moldova və Estoniyadan olan spikerlərin iştirakı ilə keçirilən “Dialoq: Dövlət xidmətlərinin növbəti səviyyəyə keçirilməsi – Vətəndaşların mərkəzə yerləşdirilməsi” mövzusundakı panel sessiyasının moderatorluğunu edib.

Paneldə iştirak edənlər arasında ictimai xidmətlərin verilməsi prosesi, xidmətlərin koordinasiyasında mövcud tendensiyalar, inzibati xərclərin azaldılması, kənardan təminat (outsource), ən yaxşı təcrübələr, həmçinin müasir texnologiyaların tətbiqi müzakirə olunub və sual-cavab sessiyası ilə davam edib.

Sessiya ərzində cənab Aqasi, Azərbaycanda “ASAN xidmət” modelinə xüsusilə  istinad edərək vətəndaşların cəlb edilməsinin və dövlət xidmətlərinin göstərilməsi prosesində proaktiv ünsiyyət üçün vətəndaşlara hədəflənən kanalların inkişaf etdirilməsinin vacibliyinə də toxunub.

Qeyd edək ki,  bu seminar iştirakçı ölkələr arasında ən yaxşı təcrübələrin mübadiləsi və dövlət xidmətlərinin müasirləşdirilməsi üzrə konstruktiv beynəlxalq dialoqa töhfə vermək baxımından böyük bir imkan yaradıb.

 

 

No Comments

Post A Comment