Avronest Parlament Assambleyasının 7-ci sessiyasında “ASAN xidmət” modeli təqdim olunub.

4

28 İyn Avronest Parlament Assambleyasının 7-ci sessiyasında “ASAN xidmət” modeli təqdim olunub.

İyunun 24-dən 28-dək Avronest Parlament Assambleyasının 7-ci sessiyası keçirilib.

Plenar sessiyada Azərbaycandan deputatlardan ibarət nümayəndə heyəti, digər üzv dövlətlərin nümayəndələri, Avropa İttifaqının bir sıra qurumları, beynəlxalq və yerli QHT nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.

Brüsseldə keçirilən sessiya çərçivəsində Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrində təhlükəsizlik çağırışları, insan hüquqları və demokratiya, iqtisadi inteqrasiya, enerji təhlükəsizliyi, bu ölkələrə xarici investisiyaların qoyulması, qeyri-rəsmi əmək məsələlərinin həlli və işçilərin sosial təhlükəsizliyinin gücləndirilməsi kimi məsələlər müzakirə olunub.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən “İnnovasiayalar Mərkəzi”nin direktoru Kamran Aqasi tərəfindən “ASAN xidmət” modeli və “ASAN xidmət” çərçivəsində reallaşdırılmış layihələrlə bağlı məlumat verilib. Bildirilib ki, operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət, rahatlıq prinsipləri əsasında fəaliyyət göstərən “ASAN xidmət”in əsas məqsədi dövlət xidmətləri sahəsində şəffaflığı artırmaq, korrupsiyaya hallarının qarşısını almaq, xidmət sahəsində trend innovasiyaları tətbiq etmək və vətəndaşlara xidmət sahəsində aparılan institusional islahatların səmərəliliyini artırmaqdır.

Daha sonra Kamran Aqasi  Dövlət Agentliyi tərəfindən reallaşdırılan  “ASAN Viza”, “ASAN kommunal”, “ASAN ödəniş”, “ASAN Radio”, “ABAD” və s. layihələr haqqında geniş məlumat verib.

2 3 4

No Comments

Post A Comment