Rəhbərlik

Aqasi Kamran Akif oğlu 25 fevral 1978 Bakı şəhərində anadan olub.

 

1984-1994-cü illərdə Bakı şəhəri 47 nömrəli orta məktəbdə təhsil alıb. 1994-1998-ci illərdə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyat İnstitunun Rus dili və ədəbiyyat müəllimi fakültəsində təhsilini davam etdirib. 1998-2000-ci illərdə İngiltərənin “L.S.E The London school of economics and political science” universitetinin beynəlxalq əlaqələrin nəzəriyyəsi və tarixi fakültəsində magistratura təhsili alıb.

 

14 mart 2014-cü ildən İnnovasiyalar Mərkəzi MMC-nin direktoru vəzifəsində çalışır.

 

İngilis və rus dillərini bilir.

 

 

 

Tağı-zadə Tağı Xalid oğlu 02 oktyabr 1989-cu ildə Bakı şəhərində anadan olub.

 

1996-2007-ci illərdə Bakı şəhəri 190 saylı orta məktəbdə təhsil alıb. 2007-2011-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində bakalavr təhsili alıb. 2012-2013-cü illərdə Amerika Birləşmiş Ştatları, Kaliforniya Universiteti Berkeley-də biznes hüququ üzrə magistratura (LL.M.) təhsili alıb.

 

15  sentyabr 2016-cı ildən İnnovasiyalar Mərkəzi MMC-nin direktor müavini vəzifəsində çalışır.

 

İngilis və rus dillərini bilir.