RF Ədliyyə Nazirliyi – Notariat kontorunun əməkdaşları “ASAN xidmət”də olublar

31870780_2061863690757620_4487487671739875328_n

07 May RF Ədliyyə Nazirliyi – Notariat kontorunun əməkdaşları “ASAN xidmət”də olublar

“İnnovasiyalar Mərkəzi”nin təşkilatçılığı ilə Rusiya Federasiyasının Ədliyyə Nazirliyi – Notariat kontorunun əməkdaşları “ASAN xidmət”də olublar.

“ASAN xidmət” modelinin təşviq olunması məqsədilə təşkil olunan səfərdə qonaqlara Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyəti ilə bağlı məlumat verilib.

Səfər 3 saylı Bakı “ASAN xidmət” mərkəzində baş tutub.

Səfər iştirakçıları “ASAN Radio” , “ASAN Təlim-tədris” və “ABAD” sənətkarlıq mərkəzinin fəaliyyətilə tanış olublar. Həmçinin qonaqlar   mərkəzdə mövcud olan elektron və innovativ avadanlıqlar tanış olub, “ASAN xidmət” mərkəzlərinin iş prinsipləriylə bağlı geniş məlumat alıblar.

Daha sonra qonaqlar “ASAN təlim -tədris” mərkəzində təşkil olunan  “Azərbaycanda notarius xidmətlərinin təşkili” mövzusunda təşkil olunmuş seminarda iştirak ediblər. Seminarda Azərbaycanda notariat prosedurlarının qabaqcıl metodları və bu sahədə xidmətlərin elektronlaşdırılması perespektivləri müzakirə olunub.

Qeyd edək ki, qonaqlar 7 may tarixində Qəbələ “ASAN xidmət” mərkəzində olacaqlar.

No Comments

Post A Comment