
02 Fev Suların “Tesla”sı
Hollandiyanın Port-Liner şirkətinə məxsus yeni elektrik gəmi bu yay Antwerp, Amsterdam və Rotterdam arasında ilk səfərini edəcək. Suların Teslası adlanan gəmi 6 metr uzunluğunda batareyalara sahibdir. Bundan əlavə, bu batareya Hollandiyanın ən böyük enerji təchizatçılarından biri olan “Eneco”nun karbonsuz enerjisi ilə doldurulur.
Tamamilə elektrikləşdirilmiş olan bu gəmidə ekipaja ehtiyac yoxdur. Buna baxmayaraq, gəminin ilk testi zamanı ekipaj tərəfindən dəstəklənəcəkdir.
Bu gəminin istifadəsi yollarda daşınma üçün istifadə edilən 23 min yük maşınına ehtiyacı aradan qaldıracaq. Bu yük maşınlarının əksəriyyətinin dizel yanacağından istifadə etdiyini nəzərə alsaq, yük maşınların aradan qalxması Hollandiyada hava keyfiyyətinin artmasına da səbəb olacaq.
Avqust ayında istifadəyə verilməsi gözlənilən bu gəmi, 52 metr uzunluğunda, 6.7 metr enindədir. Gəmi batareyaları 15 saata qədər fəaliyyət göstərməyə imkan verir.
No Comments