Sürücülük vəsiqəsinin dəyişdirilməsi

suruculuk post

26 Noy Sürücülük vəsiqəsinin dəyişdirilməsi

Zəruri olan sənədlərin siyahısı

  • Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin qeydiyyata alınması haqqında vəsiqə və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi);
  • Sürücülük vəsiqəsi (sürücülük vəsiqəsinin itirilməsinə görə onun dəyişdirilməsi halı istisna olmaqla);
  • Qanunla müəyyən edilmiş dövlət rüsumunun ödənilməsi barədə sənəd (sürücülük vəsiqəsinin yazılarında dəqiqsizlik müəyyən edilməsi halı istisna olmaqla);
  • 60 və daha çox yaşı olan şəxslər üçün, eləcə də siyahısı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilən xəstəlikləri olan şəxslər üçün tibbi arayış.

Vəsiqənin dəyişdirilməsini zəruri edən səbəblər:

  • Etibarlıq müddətinin qurtarması;
  • Sahibinin soyadı, adı və ya atasının adının dəyişdirilməsi;
  • Yazılarında dəqiqsizlik müəyyən edilməsi;
  • Yararsız hala düşməsi;
  • Yeni nümunəsinin Qanunla müəyyən edilmiş qaydada təsdiqi nəticəsində ölkədə sürücülük vəsiqələrinin dəyişdirilməsi.

 

QEYD:

Olduğunuz yeri tərk etmədən iş yerinizdə və ya yaşayış yerinizdə sürücülük vəsiqəsini dəyişdirmək üçün:   9-108 qısa nömrəsilə əlaqə saxlaya bilərsiniz.

suruculuk post

 

No Comments

Post A Comment