Sürücülük vəsiqəsi hansı hallarda dəyişdirilməlidir?

1

27 Sen Sürücülük vəsiqəsi hansı hallarda dəyişdirilməlidir?

Sürücülük vəsiqəsi hər hansı şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sənəddir.

Qanunla müəyyən edilmiş yaş həddinə çatmış, sağlamlıq cəhətdən sürücülüyə yararlı, yol hərəkəti qaydalarını bilən, sürmə vərdişi və sürücülük vəsiqəsi olan hər bir fiziki şəxs Azərbaycan Respublikasının ərazisində nəqliyyat vasitələrini idarəetmə hüququna malikdir.

Sürücülük vəsiqəsinin etibarlıq müddəti aşağıdakı kimi müəyyən edilir:
60 yaşına çatmamış şəxslər üçün — 10 il;
60 və daha çox yaşı olan şəxslər üçün — onların 70 yaşı tamam olanadək qalan müddət;
70 və daha çox yaşı olan şəxslər üçün — 2 il;

 

Vəsiqəni yeniləmək üçün tələb olunan sənədlər isə aşağıdakılardır:

  • Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin qeydiyyata alınması haqqında vəsiqə və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi);
  • Sürücülük vəsiqəsi (sürücülük vəsiqəsinin itirilməsinə görə onun dəyişdirilməsi halı istisna olmaqla);
  • Qanunla müəyyən edilmiş dövlət rüsumunun ödənilməsi barədə sənəd (sürücülük vəsiqəsinin yazılarında dəqiqsizlik müəyyən edilməsi halı istisna olmaqla);
  • 60 və daha çox yaşı olan şəxslər üçün, eləcə də siyahısı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilən xəstəlikləri olan şəxslər üçün tibbi arayış.

 

Vəsiqənizin etibarlılıq müddəti bitdikdə, soyad,ad və ya ata adının dəyişdirilməsi halı baş verdikdə, vəsiqədə olan yazılarda dəqiqsizlik müəyyən edildikdə, yararsız hala düşdükdə yenisi ilə əvəz edə bilərsiniz.

Sözü gedən hallar baş verdikdə ev və ya iş yerinizi tərk etmədən də sürücülük vəsiqəsini yenisilə əvəz edə bilərsiniz. Bunun üçün 9-108 əlaqə nömrəsilə əlaqə saxlamağınız kifayət edər.

 

2

No Comments

Post A Comment