Vakansiya – Bölmə müdiri

26804810_1625402617497506_1679121425020017310_n

19 Yan Vakansiya – Bölmə müdiri

Bölmə müdiri – Verilənlər bazalarının idarəedilməsi bölməsi
Tələblər
Təhsil: ali
Təcrübə: 3 ildən yuxarı
Dil: İngilis – B2 səviyyə , Rus – B2 səviyyə
Funksiyalar
• Birbaşa tabeçiliyində olan işçilərin işini planlaşdırır, təşkil edir və onların işinə nəzarəti həyata keçirir;
• Bölmənin fəaliyyətini planlaşdırır, təkliflər hazırlayır və təqdim edir;
• Layihələr üzrə işləri planlaşdırır və icrasını təmin edir;
• Bölmənin fəaliyyətinə dair qərarlar qəbul edir;
• Bölmənin funksiya və vəzifələrinin həyata keçirilməsinə rəhbərlik edir, yaxud onların icrasında iştirak edir;
• Bölmənin fəaliyyət istiqamətlərinə uyğun məsələlər barəsində məsləhət verir;
• Sahəsi üzrə İKT-nin təşkili və təkmilləşdirilməsi ilə bağlı təkliflər verir və sənədlər hazırlayır;
• Mövcud və yeni yaradılan siyasət və tənzimləyici sənədlərin tələblərinə cavab verən prosedur və standartları hazırlayır;
Bilik və bacarıqlar
Təşkilatçılıq I səviyyə
Mürəkkəb və qeyri-adi vəziyyətlərdə vaxtın idarə edilməsi;
Dəyişən mühitdə tapşırıqların həyata keçirilməsini prioritetləşdirmək bacarığı;
Funksiyaların və mürəkkəb tapşırıqların həyata keçirilməsi üçün uyğun metodların seçilməsi;
Qurumda proseslərin təşkil edilməsi işinin təkmilləşdirilməsi.

Ünsiyyət II səviyyə
Həm ictimaiyyət qarşısında, həm də iş yoldaşları ilə aydın şəkildə danışaraq özünü ifadə edə bilmək;
Qrup müzakirələri, yaxud iclaslarda konstruktiv şəkildə iştirak edə bilmək, və ya onlara rəhbərlik etmək;
Müxtəlif insanlarla müxtəlif situasiyalarda fərqli ünsiyyət növlərindən istifadə etmək (məlumatı ötürmək üçün münasib ünsiyyət növünü seçmək).

Təhlil II səviyyə
Problemi müəyyən etmək və onun həlli üçün lazım olan məlumatı müxtəlif mənbələrdən toplamaq;
Situasiyanın (problemin, tapşırığın və s.) növündən asılı olaraq təhlil metodunun seçilməsi;
Həll edilməli olan problem/tapşırığın həlli üçün irəli sürülən ideya, yaxud üsulu mümkün nəticələri nəzərə almaqla məntiqli şəkildə izah edə bilmək.

İdarəetmə və liderlik III səviyyə
Komanda/bölmə əməkdaşları üçün prioritet və məqsədlərin müəyyən edilməsi;
Nəticələrə nail olmaq üçün komanda/bölmə əməkdaşlarını həvəsləndirmək və səfərbər etmək;
Komanda üzvlərinin, bölmə əməkdaşlarının işinin səmərəli təşkili.

Peşəkar bilik və bacarıqlar I səviyyə
Gündəlik funksiyaların həyata keçirilməsi, mürəkkəb tapşırıqların həlli və qeyri-adi situasiyaların idarə edilməsi üçün lazım olan hüquqi tənzimləmə və prosedurları bilmək (Verilənlər Bazasının İdarəetmə Sistemləri ilə iş bacarığı (Oracle, MS SQL, PostgreSQL, MySQ, MongoDB, ITIL v3 Foundation bilikləri);
Mürəkkəb problemləri və qeyri-adi situasiyaları həll etmək üçün lazım olan bilik və bacarıqların olması;
Yerinə yetirlən funksiyalar sahəsində qabaqcıl təcrübə, xəbərlər və trendlərlə maraqlanmaq.

Müraciət etmək istəyənlər CV-lərini info@icenter.az ünvanına göndərə bilərlər.

No Comments

Post A Comment