Vakansiya – Hüquqşünas

huqusunas

27 Yan Vakansiya – Hüquqşünas

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan İnnovasiyalar Mərkəzi MMC “Hüquqşünas” vəzifəsinə vakansiya elan edir:

Tələblər

Təhsil: Ali-hüquqi

Təcrübə: -5 il

IT biliklər: MS Office (Word, Excel, Outlook və s.)

Dil: – İngilis – C2 səviyyə, Rus – C2 səviyyə

Funksiyalar

  • Sənədlərin, hüquqi aktların və onların layihəsinin hüquqi ekspertizasını həyata keçirir;
  • Sənədlərin və hüquqi aktların layihələrinin hazırlanması;
  • Qurumun iş prosesi müddətində ortaya çıxan məsələlər üzrə hüquqi məsləhət verir, məlumatları təhlil edir və ümumiləşdirir, arayışlar və tövsiyələr hazırlayır;
  • Qurumda hüquqi məsələlərlə əlaqədar standart məlumat hazırlayır;
  • Qurumun hüquqi maraqlarını məhkəmədə qoruyur.

 

Bilik və bacarıqlar

Təşkilatçılıq III səviyyə

Gündəlik işlərdə vaxtın idarə edilməsi;

Gündəlik tapşırıqların həyata keçirilməsinin prioritetləşdirmək bacarığı;

Gündəlik funksiyaların həyata keçirilməsi üçün uyğun metodların seçilməsi.

 

Ünsiyyət III səviyyə

Deyiləni aydın şəkildə anlamaq üçün digərlərinə aktiv şəkildə qulaq asmaq;

Məlumatı qısa, aydın və dəqiq ötürmək;

Müxtəlif insanlarla müxtəlif ünsiyyət növlərindən istifadə etmək (məlumatı ötürmək üçün münasib ünsiyyət növünü seçmək).

 

Təhlil III səviyyə

Həll edilməli olan problem/tapşırıq barəsində müxtəlif mənbələrdən məlumat toplamaq;

Problemin/tapşırığın komponentləri arasında qarşılıqlı əlaqəni müəyyən etmək;

Problemin həll yolunu, yaxud yerinə yetirilmiş tapşırığı məntiqi şəkildə izah edə bilmək.

 

Peşəkar bilik və bacarıqlar III səviyyə

Gündəlik funksiyaların həyata keçirilməsi üçün lazım olan hüquqi tənzimləmə və prosedurları bilmək (Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə dair biliklər,  Xüsusi: AR Konstitusiyası, Mülki hüquq, İnzibati hüquq,Vergi hüququ,Kommersiya hüququ və s.);

Gündəlik funksiyaları yerinə yetirmək üçün bilik və bacarıqların olması;

İşin səmərəli şəkildə qurulması üçün iş yoldaşları ilə ünsiyyət saxlamaq;

Biznes layihələri və startuplara hüquqi rəylərin verilməsi;

Kompleks və beynəlxalq layihələrin hazırlanması;

Dövlət xidmətlərinin elektronlaşdırılması prosesinin avtomatlaşdırılmasına hüquqi rəyin verilməsi;

İnnovasiyalar sahəsində tətbiq edilən hüquq qanunvericiliyinı dair təkliflərin hazırlanması.

 

Müraciət etmək istəyənlər CV-lərini mövzu yerinə “Hüquqşünas” yazmaqla info@icenter.az ünvanına göndərə bilərlər.

No Comments

Post A Comment