Vakansiya – Proqramçı

proqram

29 Yan Vakansiya – Proqramçı

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan İnnovasiyalar Mərkəzi MMC “Proqramçı” vəzifəsinə vakansiya elan edir:

Vəzifə:

Proqramçı (BackEnd)

Tələblər

Təhsil:  ali

Təcrübə: 1 ildən yuxarı

Dil: İngilis – B2 səviyyə, Rus – A2 səviyyə

 

Funksiyalar

  • Tapşırıq üzrə proqram modullarını hazırlayır;
  • Mövcud sistemlərdə sahəsi üzrə dəyişiklikləri həyata keçirir;
  • Görülmüş işlərin reqlament üzrə arxivləşməsini həyata keçirir;
  • Texniki sənədləşmənin standartlara uyğun hazırlanmasında iştirak edir;

Bilik və bacarıqlar

Təşkilatçılıq II səviyyə

 

Mürəkkəb vəziyyətlərdə vaxtın idarə edilməsi;

Dəyişən mühitdə tapşırıqların həyata keçirilməsini prioritetləşdirmək bacarığı;

Funksiyaların və mürəkkəb tapşırıqların həyata keçirilməsi üçün uyğun metodların seçilməsi;

Qurumda proseslərin daha yaxşı təşkil edilməsi üçün təkliflər vermək.

 

Ünsiyyət II səviyyə

 

Həm ictimaiyyət qarşısında, həm də iş yoldaşları ilə aydın şəkildə danışaraq özünü ifadə edə bilmək;

Qrup müzakirələri, yaxud iclaslarda konstruktiv şəkildə iştirak edə bilmək, və ya onlara rəhbərlik etmək;

Müxtəlif insanlarla müxtəlif situasiyalarda fərqli ünsiyyət növlərindən istifadə etmək (məlumatı ötürmək üçün münasib ünsiyyət növünü seçmək).

 

Təhlil II səviyyə

 

Problemi müəyyən etmək və onun həlli üçün lazım olan məlumatı müxtəlif mənbələrdən toplamaq;

Situasiyanın (problemin, tapşırığın və s.) növündən asılı olaraq təhlil metodunun seçilməsi;

Həll edilməli olan problem/tapşırığın həlli üçün irəli sürülən ideya, yaxud üsulu mümkün nəticələri nəzərə almaqla məntiqli şəkildə izad edə bilmək.

 

Peşəkar bilik və bacarıqlar II səviyyə (I səviyyə də ola bilər)

 

Funksiyaların həyata keçirilməsi və mürəkkəb tapşırıqların həlli üçün lazım olan hüquqi tənzimləmə və prosedurları bilmək (Veb servislərin yazılması üzrə iş bacarığı,Proqramlaşdırma dilləri : Java, Python, HTML, CSS, JavaScript, Angular JS, GİT);

Gündəlik funksiyaları yerinə yetirmək və mürəkkəb problemləri həll etmək üçün lazım olan bilik və bacarıqların olması;

Yerinə yetirilən funksiyalar sahəsində qabaqcıl təcrübə, xəbərlər və trendlərlə maraqlanmaq.

 

Müraciət etmək istəyənlər CV-lərini mövzu yerinə “Proqramçı” yazmaqla info@icenter.az ünvanına göndərə bilərlər.

No Comments

Post A Comment