BEYNƏLXALQ MÜKAFATLNADIRMA SAMMİTİ VƏ İNNOVASİYALAR MƏRKƏZİ

17-20 Sentyabr 2015-ci il tarixində innovasiyalar, interaktiv məzmunlar və ağıllı tətbiqlər üzrə dünya ekspertləri Beynəlxalq Mükafatlandırma Sammiti (WSA) nominasiyalarını qiymətləndirmək üçün Bakıda bir araya gəlmişdir. WSA, ASAN xidmət və digər tərəfdaşlarının dəstəyi ilə İnnovasiyalar Mərkəzi Azərbaycanda  ilk dəfə olaraq  İnnovasiyalar Forumunu təşkil etmişdir. Forumda Azərbaycanda innovasiya və sahibkarlıq konseptlərinin təqdim edilməsi, həmçinin cəmiyyət üzərində müsbət təsir əldə edilməsi məqsədilə gənclərin İKT istifadəsinə həvəsləndirilməsi ilə bağlı əsas perspektivlər yerli maraqlı tərəflər və beynəlxalq ekspertlər arasında müzakirə edilmişdir. 2015-ci ildən bəri İnnovasiyalar Mərkəzi WSA ilə olan tərəfdaşlığını milli nominasiyaların seçilməsi üzrə Azərbaycandakı rəsmi təmsilçisi olaraq davam etdirir.

Əsas müzakirə sahələri:

  • İnnovasiya və sahibkarlıq hökümətlər tərəfindən necə təşviq olunur?
  • Sahibkarlığın inkişaf etdirilməsi üçün nələr lazımdır?
  • İKT və interaktiv məzmunlar (kontent) cəmiyyətə necə müsbət təsir edə bilər?