MÜNSİF QİYMƏTLƏNDİRMƏSİ PROSESİ

Beynəlxalq Mükafatlandırma Sammiti (WSA) Münsif qiymətləndirməsi prosesi dünyada rəqəmsal (dijital) yeniliklərin ədalətlilik və müxtəliflik prinsipi əsasında seçimini həyata keçirən ciddi demokratik və şəffaf mükafatlandırma  sistemidir. WSA sisteminə təqdim edilən istənilən layihə  WSA Qalibi və ya hətta Qlobal Çempion kimi seçilənə qədər bir neçə dəyərləndirmə və qiymətləndirmə mərhələsindən keçməlidir.

 1

NAMİZƏDLİK VƏ MÜRACİƏT

BMT-nin 178 üzv ölkəsindən olan  çoxsaylı nüfuzlu WSA Milli ekspertləri hər WSA kategoriyası üzrə bir layihə olmaqla 8-ə qədər layihə ilə namizədliyini irəli sürə bilər. Namizədlər WSA Onlayn Müsabiqə Məlumat bazasında müraciətlərini tamamladığı təqdirdə onların WSA qurumu tərəfindən Münsif Qiymətləndirilməsinə icazə verilir.

2

MÜNSİF QİTMƏTLƏNDİRMƏSİ – MƏRHƏLƏ 1

WSA Onlayn Müsabiqə Məlumat bazasında  təsdiq edilən bütün müraciətlər beynəlxalq ekspertlərdən ibarət olan xüsusi təşkil olunmuş Onlayn Münsiflər tərəfindən nəzərdən keçirilərək qiymətləndirilir.

Onlayn Münsiflər hər bir 8 WSA kateqoriyası üzrə ən yaxşı 15-18 layihənin ilkin seçimini həyata keçirir.

3

MÜNSİF QİTMƏTLƏNDİRMƏSİ – MƏRHƏLƏ 2

Son mərhələyə keçə bilmiş layihələrin qiymətləndirilməsi üçün WSA qurumu tərəfindən xüsusi Münsiflər Heyəti təyin olunur.  Münsif Heyəti üzvləri hər bir WSA kateqoriyası üzrə 5 qalib namizədin seçimini həyata keçirir.

4

NƏTİCƏLƏR | ELAN VƏ WSA QLOBAL KONQRESİ

WSA Münsif Qiymətləndirməsi prosesi nəticəsində qaliblər açıq elan edilir və poçt vasitəsilə məlumatlandırılır. Bütün qaliblər WSA Qlobal Konqresində iştirak etmək üçün dəvət edilir. WSA Qlobal Konqresində WSA qalibləri Münsiflər Heyəti qarşısında öz layihələrini nümayiş etmək üçün dəvət olunur. Layihə nümayişləri əsasında  hər bir WSA kateqoriyası üzrə bir Qlobal Çempion seçilir ki, onlar da Mükafatlandırma və Qala Mərasimlərində elan edilir.

DƏYƏRLƏNDİRMƏ KRİTERİYALARI

5 Texniki Kriteriya

  • MƏZMUN | Keyfiyyət və əhatəlilik
  • FUNKSİONALLIQ | Rahat istifadə, istifadəçi təcrübəsi,uyğun interaktivlik
  • TEXNOLOGİYA |Texnoloji səmərəlilik və texniki reallaşdırmanın keyfiyyəti
  • DİZAYN | Naviqasiya / orientasiya və vizual müraciət
  • İNNOVASİYA | Hədəflənən istifadəçilərə, Biznes modeli cəmiyyətə və bazara orjinallıq və yenilik vəd etmə

2 Strateji Kriteriya

  • SOSİAL TƏSİR | Lokal-yerli təsir / Ümumi cəmiyyətə təsir
  • QLOBAL / BMT DƏYƏRLƏRİ