WSA QAYDALAR VƏ ŞƏRTLƏR

1 | ÜMUMİ MÜSABİQƏ QAYDALARI

  • Beynəlxalq Mükafatlandırma Sammiti (WSA) cəmiyyət üzərində yüksək təsirə malik olan rəqəmsal (dijital) tətbiqlərin seçimini həyata keçirir. WSA layihələrin daha çox məzmun dərinliyi, strateji dəyəri və lokal təsiri üzərində fokuslanır.
  • Layihələri təqdim etməklə, layihə müəllifləri WSA müsabiqəsinin səhifədə qeyd edilən qaydalarını qəbul etmiş olur.
  • Bütün WSA müraciətçilərindən İnsan Hüquqları üzrə BMT-nin Bəyannaməsində qeyd edilən qayda və şərtlərə tabe olunması tələb olunur. Buna görə də müharibə, zorakılıq, fırldaqçılıq, irqçilik və ya ayrı-seçkiliyi təşviq edən müraciətlər heç bir halda qəbul edilə və seçilə bilməz. Oxşar olaraq, beynəlxalq müəllif hüquqlarını pozan müraciətlər müsabiqədən xaric olunacaq.
  • WSA qəbul edilən müraciətlər, onların məzmunu və hüquqları üçün məsuliyyətə cəlb edilə bilməz.

2 | KİMLƏR MÜRACİƏT EDƏ BİLƏR?

  • WSA BMT və UNESCO üzv ölkələrindən olan istənilən şirkət, təşkilat və ya individual müraciətlər üçün açıqdır.

3 | LAYİHƏLƏRİN WSA-a MÜRACİƏTİ VƏ TƏQDİM OLUNMASI  

  • WSA Milli eksperti tərəfindən namizədlik irəli sürülməklə WSA-da iştirak edilə bilər.
  • Layihə haqqında informasiyanın təqdim edilməsi daxil olmaqla, qeydiyyat prosesi WSA onlayn müsabiqə məlumat bazası vasitəsilə tamamlanmalıdır.
  • Layihənin dəyərləndirmə və seçim prosesinə təqdim edilməsi layihə müəlllifinə heç bir vasitə ilə faydalar təmin edilməsi hüququnu vermir. Bu qərara heç bir qanuni şəkildə təsir edilə bilməz.
  • Müraciət etmək ödənişsizdir.

4 | HANSI LAYİHƏLƏR WSA ÜÇÜN UYĞUNDUR?

  • WSA üçün təqdim olunan müraciətlər bütün növ mobil və web-bazalı tətbiqləri əhatə edə bilər, məsələn, mobil tətbiqlər, web səhifələr, geyilə bilən (wearables) texnologiya üçün tətbiqlər, köşk qurğuları, sms bazalı məhsullar, mobil oyunlar, interaktiv mobil məhsullar və s. Layihənin işləmə platforması və ya kanalları ilə bağlı heç bir məhdudiyyət yoxdur.
  • Təqdim olunan bütün layihələr işə başlamış hazır məhsullar olmalıdır. İlkin versiya, prototiplər, nümayişlər və ya bitməmiş proyektlər qəbul edilə bilməz.
  • Təqdim olunan bütün məhsullar 1 Yanvar 2015-ci il tarixindən sonra tamamlanmış olmalıdır. Əvvəlcədən tamamlanmış məhsul və ya layihələr olduğu təqdirdə, müraciətçilər müəyyən edilmiş period ərzində edilmiş mühüm dəyişikliklərə / inkişafa / əlavələrə dair sənəd təqdim etməlidir)
  • Öncəki ildə təqdim olunan məhsul / layihələr yenidən təqdim oluna bilməz. Öncəki ilin müraciətçiləri mühüm dəyişikliklərin / inkişafın / əlavələrin edilməsinə dair sənəd təqdim etməlidir)

5 | WSA İSTİSMAR HÜQUQLARI VƏ MÜƏLLİF HÜQUQLARI

  • Layihələrini WSA-a təqdim etməklə, müəlliflər təqdim olunmuş videoların, şəkillərin və qeyri-kommerisya məqsədləri üçün digər məzmunların WSA qurumu tərəfindən namizədliyi irəli sürülmüş məhsulun tanıtımı, çap edilməsi, yayımlanması və media vasitələri, həmçinin tədbirlər üçün istifadə edilməsi hüququnu verir.
  • Müəllif layihə yaradılması ilə bağlı bütün şəkillər, səsyazmalar, məzmunlar və s. üzərində müəlliflik hüququna malik olmalıdır. İstifadə edilən bütün proqram lisenziyalaşdırılmış olmalıdır.
  • WSA təqdim edilmiş layihə haqqında tanıtım materiallarını və informasiyanı potensial investorlar və sponsor tərəfdaşlarla paylaşmaq hüququna malikdir.
  • WSA-a müraciət etməklə, iştirakçılar avtomatik olaraq WSA bülleteninə abunə olurlar.

6 | WSA MÜSABİQƏ DİLİ

  • Layihənin interfeysi Birləşmiş Millətlər Təşkilatı-nın istənilən rəsmi dilində ola bilər. Lakin müəllif və layihə haqqındakı bütün məlumatlar İngilis dilində olmalıdır. WSA qurumunun rəsmi dili İngilis dilidir.

7 | MÜRACİƏTLƏRİN WSA PROSESİNDƏN KƏNARLAŞDIRILMASI VƏ XARİC EDİLMƏSİ

  • Tamamlanmamış müraciətlər və WSA təlimat qaydalarını izləməyənlər xəbərdarlıq edilmədən WSA seçim prosesindən çıxarılacaq. Aşağıdakı səbəblərə görə müsabiqədən kənarlaşmaya qarşı heç bir hüquqi müraciət mümkün deyil. WSA təşkilatçıları müraciət / giriş qeydiyyatını heç bir əlavə səbəb göstərmədən və xəbərdarlıq etmədən rədd etmək hüququna malikdir.
  • Münsif qiymətləndirməsi zamanı layihənin yetərli səviyyədə çalışmaması müsabiqədən kənarlaşdırılmaya səbəb ola bilər. Müraciətçilər Münsif qiymətləndirməsi zamanı layihələrinin funskiyalarını yerinə yetirməsinə görə məsuliyyət daşıyırlar.
  • Digər kənarlaşdırılma səbəbləri: Yaradıcılıq hüquqlarının olmaması və ya digərlərinin mülkiyyət hüquqlarının pozulması; informasiyanın yalnış qeydiyyatı, müsabiqə təlimatı qaydalarına uymama.

8 | QALİBLƏRİN SEÇİMİ

  • Vebsaytda dərc edildiyi kimi, qaliblər hər bir kateqoriya üzrə təqdim edilmiş müraciətlər arasından münfis qiymətləndirməsi əsasında seçiləcək. Münsiflərin qərarına qarşı heç bir hüquqi müraciət mümkün deyil.