2017 WSA AZƏRBAYCAN MİLLİ MÜSABİQƏSİ

Hədəflər

2015-ci ildən bəri “WSA-Beynəlxalq Mükafatlandırma Sammiti”nin Azərbaycandakı rəsmi nümayəndəsi olaraq, İnnovasiyalar Mərkəzi “2017 WSA Azərbaycan Milli Müsabiqəsi”ni  təşkil edir. WSA kimi çoxşaxəli qlobal innovasiya şəbəkəsinin tərkib hissəsi olaraq İnnovasiyalar Mərkəzi dövlət və özəl sektorun qarşılıqlı inkişafına dəstək olmaq üçün aşağıdakı məsələləri bu layihədə qarşısına əsas məqsəd qoymuşdur:

  • Yerli mütəxəssisləri və innovatorları həvəsləndirməklə Azərbaycanda innovasiyanın və sahibkarlığın inkişafını dəstəkləmək
  • Yüksək sosial təsirə malik ən yaxşı yerli innovativ layihələrin seçilməsinə, onların ölkədə və qlobal səviyyədə tanınmasına şərait yaratmaq
  • Yerli innovativ layihə müəlliflərinin dünyanın müxtəlif ekspertləri, münsif üzvləri, ideya liderləri və sahibkarları ilə əməkdaşlıq etməsi və biznes əlaqələri qurmasına dəstək olmaq
  • Yerli innovativ trendlərin beynəlxalq mühitə inteqrasiyası ilə ölkənin nüfuzunu yüksəltmək
  • Namizədlərin məhsul/layihələrinin inkişafına WSA beynəlxalq standard brendləşməsi ilə yeni maliyyə dəstəyinin əldə edilməsinə kömək etmək