ASAN Radio

Dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radio - “ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə 24 dekabr 2015-ci il tarixində yayıma başlayıb və artıq Azərbaycanın  90%-ə yaxın ərazisində yayımlanır. 

2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının iclasında “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) verilib.

“İnnovasiyalar Mərkəzi” MMC-nin nəzdində fəaliyyət göstərən “ASAN Radio” sosial mediada fəallığı ilə seçilir və internet üzərindən canlı yayım, audio, videoreportajlar yayımlayır, dövlət qurumları, beynəlxalq təşkilatlar və aparıcı şirkətlərlə əməkdaşlıq edir, bir sıra irimiqyaslı yarışların, tədbirlərin, sərgilərin eksklüziv radio tərəfdaşıdır.

“ASAN Radio” hər zaman dinləyicisinə zövqlü milli və dünya musiqisi təqdim edir və mühüm sosial layihələrə informasiya dəstəyi göstərir. 

“ASAN xəbər”, “100 FM-də 100 saniyə xəbər”, “Xüsusi buraxılış”ları ilə ən son xəbərləri operativ çatdırır. Yerli və beynəlxalq təşkilatlarla birgə layihələr reallaşdırır və rəsmilərlə vətəndaşlar arasında birbaşa təmas yaradır.

“ASAN Radio” Bakıda, bölgələrdə və artıq işğaldan azad olunan ərazilərimizdə  100, 96.5, 95.6 və 92.7 FM-də yayımlanır. www.asanradio.az saytı daim yenilənir. 100 FM rəsmi feysbuk səhifəsində izləyici sayı 100 000-ə yaxınlaşan yeganə radiodur.

Daha ətraflı məlumat almaq üçün keçid edin.