GERİ

“Koronavirusdan qorunmağın yolları” mövzusunda təlim keçirilib

10 Mart, 2020

     Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “İnnovasiyalar Mərkəzi” MMC-nin təşkilatçılığı ilə “Koronavirusdan qorunmağın yolları” mövzusunda maarifləndirici təlim keçirilib. 

      Təlimdə Dövlət Agentliyinin və tabeliyində olan struktur bölmələrin əməkdaşları iştirak ediblər.

     Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Tibbi xidmətlərin monitorinqi şöbəsinin müdiri Qasım Əmrahlı iştirakçılara Azərbaycanda və bütün dünyada aparılan profilaktik tədbirlərə və Ümumdünya Səhiyyə Təşkilatının yaydığı tövsiyələrə uyğun olaraq yeni Koronovirusu haqqında məlumat verib.

Həmçinin xəstəliyin qarşısını ala bilən qabaqlayıcı vasitələrdən istifadə qaydaları və digər məsələlər haqqında danışılıb.

Sonra  “Koronavirusdan qorunmağın yolları” haqqında məlumat kitabçaları paylanılıb.

Digər xəbərlər