ASAN İnnovativ İnkişaf Mərkəzi

ASAN İnnovativ İnkişaf Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə 30 sentyabr 2021-ci ildən “İnnovasiyalar Mərkəzi” MMC-nin nəzdində fəaliyyətə başlayıb.

Mərkəzin əsas məqsədi qabaqcıl ASAN təcrübəsini, innovativ və yeni təlim metodlarını tətbiq etməklə ölkəmizdə müxtəlif özəl və dövlət orqanlarında kadrların peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsinə müsbət töhfələr verməkdir.

Mərkəz müştəri məmnunluğunun təmin edilməsi istiqamətində yeni yanaşmaların tətbiqi ilə ölkədə xidmət göstərən və xidmət alan arasında olan münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçməsinə xidmət edir, həmçinin fəaliyyətində peşəkarlığı və keyfiyyəti rəhbər tutur.

Təlimlərlə bağlı daha ətraflı məlumat əldə etmək üçün keçid edin