ASANçıların Novruz festivalı baş tutub.

media-title
19/03/2024

Lənkərən regional "ASAN xidmət" mərkəzində ASANçıların Novruz festivalı baş tutub.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, "ASAN xidmət" əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, digər qonaqlar iştirak ediblər.

Festival çərçivəsində "ASAN xidmət" mərkəzlərinin, eləcə də Lənkərana xas olan mətbəxin, çay və meyvəçilik təsərrüfatlarının, folklor nümunələrinin təqdimatları baş tutub.

Həmçinin festivalda xalq folklor kollektivinin ifası, müxtəlif idman hərəkətləri, kəndir şousu nümayiş etdirilib.

Qonaqlar xalqımızın ən qədim bayramlarından olan Novruz münasibətilə iştirakçıları təbrik edib, xoşbəxtlik və sevinc arzu ediblər.

Festival konsert proqramı ilə davam etdirilib.