ASAN İnnovativ İnkişaf Mərkəzində “Gələcək üçün öyrən: Blokçeyn, Veb3 və Təhsil” tədbiri baş tutub

media-title
06/06/2024

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin və İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) birgə təşkilatçılığı, Binance Akademiyasının nümayəndələrinin iştirakı ilə iyunun 6-da "Gələcək üçün öyrən: Blokçeyn, Veb3 və Təhsil" mözusunda növbəti 4SİM Talks tədbiri baş tutub.

ASAN İnnovativ İnkişaf Mərkəzində keçən tədbirdə "İnnovasiyalar Mərkəzi"nin direktoru Vüsal Rüstəmov və 4SİM-in icraçı direktoru Fariz Cəfərov iştirakçıları salamlayaraq, rəqəmsal transformasiya sahəsində ölkədə görülən işlər və Blokçeyn Təlim Mərkəzinin fəaliyyəti barədə iştirakçılara məlumat veriblər.

Binance Akademiyasının komanda rəhbəri Stefen Makalister Akademiyanın yaranması və fəaliyyəti haqqında təqdimatla çıxış edib. 
Sonra tədbir 4SİM-in süni intellekt üzrə layihə rəhbəri Ruslan Zeynalzadənin moderatorluğu ilə “Binance Akademiyasının komanda rəhbəri Stefen Makalister və MDB regionu üzrə İcma və Marketinq meneceri Alisa Prokopiv, ASAN Blokçeyn Təlim Mərkəzinin təlimçiləri Tofiq Əliyev və Bilal Sadıqovun iştirakı ilə panel formatında davam edib.

Panelçilər blokçeyn texnologiyalarının istifadəsi, Veb3 konsepsiyası və onun verdiyi imkanlarla bağlı öz fikirlərini iştirakçılarla bölüşüb və yeni nəsil texnologiyaların real tətbiqi ilə sualları cavablandırıblar.

Blokçeyn Təlim Mərkəzi qabaqcıl blokçeyn texnologiyasına və kriptovalyutalarına dair təlimlərin keçirilməsi, fərdlərin və qurumların inkişafına dəstək üçün onlara müvafiq sahədə konsultasiyanın verilməsi məqsədilə “ASAN İnnovativ İnkişaf Mərkəzi”ndə fəaliyyətini davam etdirir.

“4SİM Talks” təşəbbüsünün əsas məqsədi universitetlər, dövlət və özəl sektor nümayədələri arasında süni intellekt, əşyaların interneti, böyük verilənlər bazası, bulud texnologiyası, blokçeyn, 3D çap, virtual və artırılmış reallıq kimi 4Sİ texnologiyaları sahəsi üzrə maarifləndirməni artırmaq və karyerasını bu sahə üzrə davam etdirmək istəyənlər üçün uğurlu yol xəritəsini yaratmaqda kömək etmək və onlarla bu sahədə dünya təcrübəsini paylaşmaqdır.

media-title
Naxçıvan Dövlət Universitetində görüş keçirilib
12/03/2024

Naxçıvan Dövlət Universitetində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Asiya İnkişaf Bankının birgə həyata keçirdiyi “Yerli Texnoloji Startapların İnkişafının Təşviqi” layihəsi çərçivəsində görüş keçirilib.

Universitet rəhbərliyi ilə keçirilən görüşdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti iştirak edib.

Görüş zamanı Naxçıvanda baş tutacaq "StartupFest" haqqında müzakirələr edilib. Həmçinin, “İnnovasiyalar Mərkəzi” tərəfindən həyata keçirilən “Gələcək üçün bacarıqlar” layihəsi haqqında da ətraflı məlumat verilib. Qeyd olunub ki, “Gələcək üçün bacarıqlar” layihəsinin məqsədi innovasiya sahəsində kadr potensialının artırılması, təhsildə innovasiya fəaliyyətinin dəstəklənməsi, innovativ ideyalarını inkişaf etdirmək üçün təhsil prosesində tələbələrə dəstək göstərilməsi və tələbələrin ölkənin texnoloji inkişafında önəmli rol oynayan kəşf, ixtira sahəsinə yönləndirilməsidir.

media-title
Rumıniya ASAN Xidmət modelinin tətbiqi ilə bağlı əməkdaşlığa başlayır.
03/04/2024

Ölkəmizdə səfərdə olan Rumıniya Hökumətinin Baş katibi Mirçea Abrudeanın rəhbərlik etdiyi nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.

Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonaqlara “ASAN xidmət” modelinin yaradılması məqsədləri, habelə dövlət xidmətləri sahəsində həyata keçirilən müxtəlif layihələr barədə ətraflı məlumat verib.

Qonaqlar həmçinin Səyyar ASAN xidmətin, 108 Çağrı Mərkəzinin, "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin, ASAN İnnovativ İnkişaf Mərkəzinin, “ABAD”ın, “Bilim Bakı”nın və "ASAN TV və Radio"nun fəaliyyəti ilə tanış olublar.

Nümayəndə heyətinə dövlət xidmətlərinin dizaynı və müvafiq sahədə tətbiq olunan innovativ həllər barədə də geniş təqdimat edilib.

Qonaq “ASAN xidmət” modeli ilə yerində tanışlıqdan məmnun olub və hazırda Rumınıyada dövlət xidmətləri sahəsində oxşar modelin olmadığını bildiririb.

Baş katib “ASAN xidmət” təcrübəsinin ölkəsində tətbiqi ilə bağlı qısa müddətdə anlaşma memorandumunu imzalamaq niyyətində olduqlarını vurğulayıb.

Səfər zamanı rumıniyalı qonaq “ASAN TV və Radio”ya müsahibə verib.
Xatırladaq ki, cari ilin fevral ayında Birləşmiş Ərəb Əmirliklərində keçirilmiş 11-ci “Dünya Hökumətlər Sammiti”ndə Rumıniya Hökumətinin Baş katibi ilə Dövlət Agentliyinin sədri arasında görüş keçirilib və əməkdaşlıqla bağlı ilkin razılığa gəlinib.