"Bilim Bakı"da keçirilən "Gələcəyə doğru birlikdə" layihəsi yekunlaşıb

media-title
07/06/2024

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "İnnovasiyalar Mərkəzi", "Bilim Bakı” mərkəzi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdindəki Sosial Xidmətlər Agentliyi və "PAŞA Bank"ın birgə layihəsi olan "Gələcəyə doğru birlikdə" layihəsinin bağlanış tədbiri keçirilib.

Tədbir zamanı iştirakçılar “Simart.az” layihəsinin komandası tərəfindən hazırlanan animasiya filmini izləyiblər.

Daha sonra “Bilim Bakı” mərkəzinin rəhbəri Ahmet Köse layihənin yekunu ilə bağlı çıxış edib və videoçarx nümayiş olunub.

Həmçinin “PAŞA Bank”ın Xarici münasibətlər şöbəsinin mütəxəssisi Leyla Mirkişiyeva və 3 saylı uşaq evi sosial xidmət müəssisəsinin direktoru Günay Manafova layihədə iştirak edən şagirdlərə uğurlar arzulayıblar.

Sonda layihədə iştirak edən bütün şagirdlərə sertifikat təqdim edilib.

3 gün davam edən layihə çərçivəsində 6-14 yaşlı valideyn himayəsindən məhrum olmuş 143 şagirdə təlim keçirilib. Təlim zamanı şagirdlərə 6 istiqamət - riyaziyyat, sahibkarlıq, texnologiya, dizayn, təbiət elmləri və astronomiya sahələri üzrə təməl bilik və bacarıqlar interaktiv və tətbiqi dərs üsulu vasitəsilə çatdırılıb. Həmçinin mərkəzdə dərslərin hədəflənən keyfiyyətdə keçirilməsi üçün bütün lazımi şəraitlə təmin olunmuş “Deneyap” laboratoriyasında şagirdlərə robototexnika sahəsi üzrə ilkin bilik və bacarıqlar öyrədilib.

media-title
Naxçıvan Dövlət Universitetində görüş keçirilib
12/03/2024

Naxçıvan Dövlət Universitetində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Asiya İnkişaf Bankının birgə həyata keçirdiyi “Yerli Texnoloji Startapların İnkişafının Təşviqi” layihəsi çərçivəsində görüş keçirilib.

Universitet rəhbərliyi ilə keçirilən görüşdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti iştirak edib.

Görüş zamanı Naxçıvanda baş tutacaq "StartupFest" haqqında müzakirələr edilib. Həmçinin, “İnnovasiyalar Mərkəzi” tərəfindən həyata keçirilən “Gələcək üçün bacarıqlar” layihəsi haqqında da ətraflı məlumat verilib. Qeyd olunub ki, “Gələcək üçün bacarıqlar” layihəsinin məqsədi innovasiya sahəsində kadr potensialının artırılması, təhsildə innovasiya fəaliyyətinin dəstəklənməsi, innovativ ideyalarını inkişaf etdirmək üçün təhsil prosesində tələbələrə dəstək göstərilməsi və tələbələrin ölkənin texnoloji inkişafında önəmli rol oynayan kəşf, ixtira sahəsinə yönləndirilməsidir.

media-title
Rumıniya ASAN Xidmət modelinin tətbiqi ilə bağlı əməkdaşlığa başlayır.
03/04/2024

Ölkəmizdə səfərdə olan Rumıniya Hökumətinin Baş katibi Mirçea Abrudeanın rəhbərlik etdiyi nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.

Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonaqlara “ASAN xidmət” modelinin yaradılması məqsədləri, habelə dövlət xidmətləri sahəsində həyata keçirilən müxtəlif layihələr barədə ətraflı məlumat verib.

Qonaqlar həmçinin Səyyar ASAN xidmətin, 108 Çağrı Mərkəzinin, "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin, ASAN İnnovativ İnkişaf Mərkəzinin, “ABAD”ın, “Bilim Bakı”nın və "ASAN TV və Radio"nun fəaliyyəti ilə tanış olublar.

Nümayəndə heyətinə dövlət xidmətlərinin dizaynı və müvafiq sahədə tətbiq olunan innovativ həllər barədə də geniş təqdimat edilib.

Qonaq “ASAN xidmət” modeli ilə yerində tanışlıqdan məmnun olub və hazırda Rumınıyada dövlət xidmətləri sahəsində oxşar modelin olmadığını bildiririb.

Baş katib “ASAN xidmət” təcrübəsinin ölkəsində tətbiqi ilə bağlı qısa müddətdə anlaşma memorandumunu imzalamaq niyyətində olduqlarını vurğulayıb.

Səfər zamanı rumıniyalı qonaq “ASAN TV və Radio”ya müsahibə verib.
Xatırladaq ki, cari ilin fevral ayında Birləşmiş Ərəb Əmirliklərində keçirilmiş 11-ci “Dünya Hökumətlər Sammiti”ndə Rumıniya Hökumətinin Baş katibi ilə Dövlət Agentliyinin sədri arasında görüş keçirilib və əməkdaşlıqla bağlı ilkin razılığa gəlinib.