Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ASAN İnnovativ İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Peşəkar 100 il” idarəçilik marafonu başa çatıb.
2 ay boyunca davam edən marafon çərçivəsində ASAN İnnovativ İnkişaf Mərkəzi tərəfindən 100 nəfərdən artıq işgüzar şəxsə ödənişsiz şəkildə idarəçilik təlimləri və ustad dərsləri keçirilib.
Məqsəd bütün sahələrdən olan gənc sahibkarlar və menecerləri Ulu öndərin zəngin idarəçilik təcrübəsinin çevik, strateji və innovativ tərəfləri barədə məlumatlandırmaq, onun uzaqgörən siyasətinin ən mühüm komponentlərindən biri olan Azərbaycanın yüksək idarəetmə qabiliyyətinə malik güclü kadr potensialının formalaşmasına dəstək olmaqdır.
Marafonun açılış tədbiri Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədovun, Milli Məclis Sədrinin birinci müavini Əli Hüseynlinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın və Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının üzvü Həsən Həsənovun iştirakı ilə baş tutub.
ASAN İnnovativ İnkişaf Mərkəzi Mərkəzi "İnnovasiyalar Mərkəzi"nin təşkilatçılığı ilə yaradılıb. Mərkəzin əsas məqsədi qabaqcıl ASAN təcrübəsini, eyni zamanda innovativ və yeni təlim metodlarını tətbiq etməklə ölkəmizdə gənclərin işsizlik problemlərinin həllinə, yüksək ixtisaslı kadrların hazırlanmasına, həmçinin müxtəlif özəl və dövlət orqanlarında kadrların peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsinə müsbət töhfələr verməkdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin, “Bilişim Vadisi Bakı”nın və “PAŞA Bank” ASC-nin birgə təşəbbüsü ilə yaradılan “Blokçeyn Təlim Mərkəzi”nin açılışı tədbiri baş tutub.
Tədbirdə “İnnovasiyalar Mərkəzi”nin direktoru Vüsal Rüstəmov, “Bilişim Vadisi Bakı”nın direktoru Qamət Kərimov, “PAŞA Bank” ASC-nin nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Əsas məqsəd qabaqcıl blokçeyn texnologiyasına və kriptovalyutalarına dair təlimlərin keçirilməsi, fərdlərin və qurumların inkişafına dəstək üçün onlara müvafiq sahədə konsultasiyaların verilməsidir.
Mərkəz təcrübə mübadiləsi üçün aparıcı məkan olmaqla bu istiqamətdəki həvəskarları və peşəkarları resurslar, şəbəkə imkanları ilə təmin edəcək, onları sənayenin ən son nailiyyətləri ilə tanış edəcək.
Hazırda “Blokçeyn Təlim Mərkəzi” blokçeyn texnologiyasının tarixi, inkişaf mərhələləri, platforma tipləri, riskləri və s. barədə məlumatlanma məqsədilə infosessiya elan edir.
İnfosessiyaya müraciət üçün son tarix: 31 yanvar 2024.
Qeydiyyat üçün link: https://forms.gle/Q8ASFEKvy6LAdZST7

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin, “Bilişim Vadisi Bakı”nın və “SAHA Robotics” şirkətinin birgə təşkilatçılığı ilə "RoboCode" robotik kodlama düşərgəsinə start verilir.
Əsas məqsəd avtonom sistemlərə, robototexnika və avtomatlaşdırma texnologiyalarına çıxışı asanlaşdırmaq, bu sahədə ixtisaslaşaraq karyera qurmaq istəyən gəncləri qısa müddətdə əhəmiyyətli vasitə olan “ROS” ekosisteminə aid bilik və bacarıqlarla təmin etməkdir. Eyni zamanda müvafiq istiqamətdə innovativ həlləri təşviq etməklə iştirakçılara bu sahələrdə layihələrini inkişaf etdirməyə kömək etmək prioritetdir.
Bir ay boyunca davam edəcək düşərgədə iştirakçılar müasir robototexnika və avtomatlaşdırma texnologiyaları sahəsində geniş biliklər əldə edəcəklər. Həmçinin onlar yerli və xarici peşəkarlar tərəfindən təşkil olunacaq təlimlərdə təcrübi bilikləri mənimsəməklə karyera perspektivlərini genişləndirmək imkanı qazanacaqlar.
Düşərgədə “C++”, “Python” proqramlaşdırma və “Linux” biliklərinə başlanğıc səviyyədə malik olan 18-30 yaşarası gənclər iştirak edə bilərlər.
Müraciət üçün son tarix: 31 yanvar 2024
Qeydiyyat üçün link: https://forms.gle/qAWmissA45danEJj6

14 aprel 2022-ci il tarixində "Gülüstan"sarayında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnnovasiyalar Mərkəzinin "Gələcək üçün bacarıqlar: Gələcək üçün birgə" adlı hesabat tədbiri təşkil olunub.
Tədbirdə Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayev, Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı, Bakı Mühəndislik Universitetinin rektoru Havar Məmmədov, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Azərbaycan Texnologiya Universitetinin prorektoru Yaşar Ömərov, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Bakı Biznes Universitetinin rektoru İbad Abbasov, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov, Xəzər Universitetinin rektoru İradə Xəlilova, Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov, Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov və digər şəxslər iştirak ediblər.
"Gələcək üçün bacarıqlar” layihəsi, mentorluq və “Tusi - 2 C” inkubasiya proqramları barədə hesabat təqdim olunub. Təhsildə innovasiya fəaliyyətinin təşkili, tələbələrin və müəllimlərin bilik və bacarıqlarının artırılması və s. istiqamətlərdə fikirlər səsləndirilib, layihə çərçivəsində həyata keçirilmiş və yeni başlayacaq işlər barədə məlumat verilib.
Sonra səmərəli fəaliyyəti ilə fərqlənən və mentorluq proqramını uğurla başa çatdıran müəllimlərə, əməkdaşlara sertifikatlar təqdim olunub.
Tədbir zamanı, həmçinin “Gələcək üçün bacarıqlar” layihəsinə yeni qoşulan universitetlərlə Anlaşma Memorandumu imzalanıb.
Sonda təşkil olunan “İnnovasiyalar ekosistemi: gələcəyə körpü” mövzusunda panel müzakirədə innovasiya ekosisteminin davamlılığının təşkili prosesində təhsil müəssisələrinin rolu, biznes nümayəndələrinin bu fəaliyyətdə aktiv iştirakı, mentorluq fəaliyyətinin önəmi və s. məsələlərə toxunulub.
Xatırladaq ki, 2021-ci ilin aprel ayından həyata keçirilən “Gələcək üçün bacarıqlar” layihəsinin məqsədi innovasiya sahəsində kadr potensialının artırılması, təhsildə innovasiya fəaliyyətinin dəstəklənməsi, innovativ ideyalarını inkişaf etdirmək üçün təhsil prosesində tələbələrə dəstək göstərilməsi və onların ölkəmizin texnoloji inkişafında önəmli rol oynayan ixtira sahəsinə yönləndirilməsidir.
Layihəyə ilkin mərhələdə 4 universitet - Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Mühəndislik Universiteti və Azərbaycan Texniki Universiteti, mentor kimi isə 48 müəllim qoşulub. “Gələcək üçün bacarıqlar” layihəsinə bu gündən daha 9 ali təhsil müəsisəsi qoşulub. Bunlar Bakı Dövlət Universiteti, ADA Universiteti, Azərbaycan Texnologiya Universiteti, Bakı Ali Neft Məktəbi, Bakı Biznes Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Xəzər Universiteti, Gəncə Dövlət Universiteti, Mingəçevir Dövlət Universitetidir.

14 aprel 2022-ci il tarixində “Gələcək üçün bacarıqlar” layihəsinin “Gələcək üçün bacarıqlar: Gələcək üçün birgə” adlı hesabat tədbirində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikasınən Təhsil Nazirliyi arasında qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Memoranduma əsasən hər iki qurum ölkəmizdə innovasiya ekosisteminin dayanıqlığının təmin olunması, universitetlərdə innovasiya işinin birgə təşkili, Təhsil Nazirliyi tərəfindən həyata keçirilən dövlət xidmətlərinin “ASAN xidmət” mərkəzlərində təşkili və xidmətlərin rəqəmsallaşdırılması istiqamətində birgə tədbirlərin görülməsi barədə razılığa gəliblər.
Həmçinin "Türkiyə Texnologiya Komandası" Fondu (T3 Fondu) ilə Dövlət Agentliyi arasında həyata keçirilən birgə fəaliyyət çərçivəsində təsis ediləcək “Bilim Bakı” mərkəzinin fəaliyyətinin səmərəli təşkili, “Gələcək üçün bacarıqlar” layihəsi çərçivəsində universitetlərdə startapların təşviqi, inkubasiya və akselerasiya fəaliyyətinin formalaşdırılması, ASAN İnnovativ İnkişaf Mərkəzi tərəfindən seminar və təlimlərin keçirilməsi üzrə birgə fəaliyyətlərin aparılması da nəzərdə tutulub.
.jpg)
9 aprel 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İNNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində "Gamepons" və "WePlay Ventures" şirkətlərinin təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə olaraq oyun tərtibatçıları üçün “Demo day” keçirilib.
Tədbirdə həm yerli, həm də beynəlxalq investorlar olan dövlət qurumlarının və özəl şirkətlərin rəhbər vəzifəli şəxsləri, “INNOLAND”in rezidenti olan və digər startaplar iştirak ediblər.
“Demo day”də "FM Studio", "Metamad Studio", "Seven Heart Stories" və "Return Game Studio" startapları investorlar qarşısında təqdimatlarında keçdikləri inkubasiya və akselerasiya proqramı ərzində layihələrin necə inkişaf etdiyi, hazırda layihələrin hansı mərhələdə olduğu, gələcək hədəfləri və zəruri olan investisiya ehtiyacları haqqında məlumat veriblər.
“Demo Day”in keçirilməsində məqsəd maliyyə ehtiyacı olan startaplar və sərmayə qoymaq istəyən investorları bir araya gətirmək və tərəflər arasında sağlam mühitdə davamlı əlaqələrin qurulmasına dəstək göstərməkdir.
Oyun tərtibatçılarını və studiyalarını dəstəkləyən icma qurucusu və inkubasiya mərkəzi "Gamepons", "WePlay Ventures"dan Azərbaycanda və Mərkəzi Asiyada oyun ekosistemi qurmaq, oyun startapları inkubasiya etmək, müxtəlif beynəlxalq konfrans və tədbirlər keçirmək üçün investisiya alıb. "Gamepons" müxtəlif tədbirlər və konfranslar vasitəsilə xarici təcrübəni Azərbaycana gətirməklə yanaşı, həm də oyun studiyaları ilə əməkdaşlıq edərək onların inkişafına köməklik göstərir.
"Weplay Ventures" isə Şərqi Avropa və Mərkəzi Asiyada ilkin mərhələdə oyun studiyalarına sərmayə qoyur.

Ölkəmizdə səfərdə olan Rumıniya Hökumətinin Baş katibi Mirçea Abrudeanın rəhbərlik etdiyi nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.
Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonaqlara “ASAN xidmət” modelinin yaradılması məqsədləri, habelə dövlət xidmətləri sahəsində həyata keçirilən müxtəlif layihələr barədə ətraflı məlumat verib.
Qonaqlar həmçinin Səyyar ASAN xidmətin, 108 Çağrı Mərkəzinin, "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin, ASAN İnnovativ İnkişaf Mərkəzinin, “ABAD”ın, “Bilim Bakı”nın və "ASAN TV və Radio"nun fəaliyyəti ilə tanış olublar.
Nümayəndə heyətinə dövlət xidmətlərinin dizaynı və müvafiq sahədə tətbiq olunan innovativ həllər barədə də geniş təqdimat edilib.
Qonaq “ASAN xidmət” modeli ilə yerində tanışlıqdan məmnun olub və hazırda Rumınıyada dövlət xidmətləri sahəsində oxşar modelin olmadığını bildiririb.
Baş katib “ASAN xidmət” təcrübəsinin ölkəsində tətbiqi ilə bağlı qısa müddətdə anlaşma memorandumunu imzalamaq niyyətində olduqlarını vurğulayıb.
Səfər zamanı rumıniyalı qonaq “ASAN TV və Radio”ya müsahibə verib.
Xatırladaq ki, cari ilin fevral ayında Birləşmiş Ərəb Əmirliklərində keçirilmiş 11-ci “Dünya Hökumətlər Sammiti”ndə Rumıniya Hökumətinin Baş katibi ilə Dövlət Agentliyinin sədri arasında görüş keçirilib və əməkdaşlıqla bağlı ilkin razılığa gəlinib.

Lənkərən regional "ASAN xidmət" mərkəzində ASANçıların Novruz festivalı baş tutub.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, "ASAN xidmət" əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, digər qonaqlar iştirak ediblər.
Festival çərçivəsində "ASAN xidmət" mərkəzlərinin, eləcə də Lənkərana xas olan mətbəxin, çay və meyvəçilik təsərrüfatlarının, folklor nümunələrinin təqdimatları baş tutub.
Həmçinin festivalda xalq folklor kollektivinin ifası, müxtəlif idman hərəkətləri, kəndir şousu nümayiş etdirilib.
Qonaqlar xalqımızın ən qədim bayramlarından olan Novruz münasibətilə iştirakçıları təbrik edib, xoşbəxtlik və sevinc arzu ediblər.
Festival konsert proqramı ilə davam etdirilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin, “Bilişim Vadisi Bakı”nın və “SAHA Robotics” şirkətinin birgə təşkilatçılığı ilə keçirilən “RoboCode” robotik kodlama düşərgəsi başa çatıb.
Bağlanış tədbirində “İnnovasiyalar Mərkəzi”nin direktoru Vüsal Rüstəmov, “Bilişim Vadisi”nin baş icraçı direktorunun müavini Tuba Öztepe, “Bilişim Vadisi Bakı”nın direktoru Qamət Kərimov, “SAHA Robotics” şirkətinin vitse-prezidenti və Azərbaycan üzrə meneceri Eray Çobanoğlu, düşərgə iştirakçıları və digər qonaqlar iştirak ediblər.
Düşərgə müddətində formalaşan 9 komandadan final mərhələsinə keçən 3 komandanın hazırladığı prototiplər münsiflər heyəti tərəfindən qiymətləndirilib.
Nəticələrə əsasən “Difai” komandası 1-ci, “eRRobotX” komandası 2-ci, “RookieBots” komandası isə 3-cü yerə layiq görülüb.
Sonda qalib komandalara mükafatlar təqdim olunub.
Qaliblər həmçinin “Bilişim Vadisi” kampusunda və “SAHA Robotics” şirkətində təcrübə keçmək imkanları qazanıblar.
1 ay davam edən düşərgədə qeydiyyatdan keçən 448 müraciətçidən kriteriyalara uyğun olaraq seçilmiş 90 nəfərinə “ROS'un əsasları” , “Robotların simulyasiya edilməsi”, “Robot hərəkət sistemləri” və s. mövzularda onlayn və fiziki təlimlər keçirilib.
Strateji tərəfdaşlar: "Azersun Holding", Coffee'nJOY”.

Naxçıvan Dövlət Universitetində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Asiya İnkişaf Bankının birgə həyata keçirdiyi “Yerli Texnoloji Startapların İnkişafının Təşviqi” layihəsi çərçivəsində görüş keçirilib.
Universitet rəhbərliyi ilə keçirilən görüşdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti iştirak edib.
Görüş zamanı Naxçıvanda baş tutacaq "StartupFest" haqqında müzakirələr edilib. Həmçinin, “İnnovasiyalar Mərkəzi” tərəfindən həyata keçirilən “Gələcək üçün bacarıqlar” layihəsi haqqında da ətraflı məlumat verilib. Qeyd olunub ki, “Gələcək üçün bacarıqlar” layihəsinin məqsədi innovasiya sahəsində kadr potensialının artırılması, təhsildə innovasiya fəaliyyətinin dəstəklənməsi, innovativ ideyalarını inkişaf etdirmək üçün təhsil prosesində tələbələrə dəstək göstərilməsi və tələbələrin ölkənin texnoloji inkişafında önəmli rol oynayan kəşf, ixtira sahəsinə yönləndirilməsidir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "İnnovasiyalar Mərkəzi" "Bilişim Vadisi" ilə birgə “Gələcək üçün bacarıqlar” layihəsi çərçivəsində inkubasiya proqramına start verir.
Məqsəd ölkəmizdə innovasiya fəaliyyətinin davamlılığının təmin edilməsi, innovativ ideyaların inkişaf etdirilməsi üçün tələbələrin innovasiya və startap üzrə biliklərinin inkişafıdır.
Proqrama “Gələcək üçün bacarıqlar” layihəsinin öncəki infosesiyalarla seçilmiş tələbələri, startap yaratmağa, innovativ yeniliklər etməyə meyilli, özünə güvənən, gələcəyini bu sahədə görən gənclər və komandalar qoşula bilərlər.
19 mart tarixinə qədər aşağıdakı linkə daxil olmaqla qeydiyyatdan keçmək olar: https://forms.gle/gTH9jvSLbJDgBX3e7
“Gələcək üçün bacarıqlar” layihəsinin məqsədi innovasiya sahəsində kadr potensialının artırılması, təhsildə innovasiya fəaliyyətinin dəstəklənməsidir.
Ümumilikdə layihə çərçivəsində 2000-dən çox tələbənin 181 startap ideyası təqdim olunub. Bu çərçivədə universitetlərdə mentor kimi hazırlanmış 130-dan çox müəllimin dəstəyi ilə 98 startap komandası formalaşdırılıb.

2-3 mart 2024-cü il tarixində Bakı İdman Sarayında Naxçıvan Dövlət Universitetinin və “Robotex Türkiyə”nin birgə təşkilatçılığı ilə “Robotex Azərbaycan Avrasiya Çempionatı” təşkil olunub.
Tədbirdə 6 universitetin, 41 məktəbin, 10 özəl müəssisənin 250-dən çox komandası, 1500-dən çox iştirakçı, 5000-dən çox qonaq iştirak edib. Komandalar 18 kateqoriyada 4 yaş qrupunda yarışıb.
Çempionatda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “Bilim Bakı” mərkəzinin 7 komandası müxtəlif kateqoriyalar üzrə qalib seçilib.
Belə ki, mərkəzin "O-Line" komandası “Lego Xəttinin Təqibi” kateqoriyası üzrə 1-ci yerin, "MMR" komandası isə 2-ci yerin qalibi olub. "Karanlığın yıldızları", "Turan Tech" və "DİS Robot” komandaları isə münsiflər heyətinin xüsusi mükafatı ilə təltif olunub.
“RoboLig” kateqoriyası üzrə “Kings” komandası, “Sağlamlıq elmləri və texnologiyaları” kateqoriyası üzrə isə “CREATORS” komandası 3-cü yerin qalibi olub.
Festivalda dərəcə göstərən komandalara kubok və sertifikatlar təqdim olunub.
“Bilim Bakı” mərkəzinin qalib komandaları ölkəmizi Antalyada keçiriləcək yarımfinal mərhələsində təmsil edəcək.
“Robotex Azərbaycan Avrasiya Çempionatı” regionun ən parlaq zəkalı gənclərini təhsil və texnologiya sahəsində bir araya gətirir, onlara bilik və bacarıqlarını beynəlxalq səviyyədə sınamaq və nümayiş etdirmək imkanı verir.
Xatırladaq ki, "Bilim Bakı" mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və Türkiyə Texnologiya Komandası Fondunun əməkdaşlığı ilə yaradılıb. Məqsəd 6 -14 yaşlı şagirdlərin texnologiya, innovasiya, elm və sahibkarlıq sahəsində bilik və bacarıqlarını inkişaf etdirmək, onlara məktəbdə öyrədilən anlayışları tətbiqi təlimlər vasitəsilə əyani nümayiş etdirmək, gündəlik həyatda elm və texnologiyanın ekvivalentini göstərmək və nəzəriyyəsi məlum olan elmi hadisələrin praktikada necə işlədiyini müşahidə etmək imkanlarını yaratmaqdır.