Maliyyə analitiki

Son tarix 22/12/2023

Vəzifə öhdəlikləri
- Müştərilərə təqdim olunan məhsul və xidmətlərin təhlilini aparmaq;
- Müştərilərdən daxil olan şikayət və problemlərə operativ baxmaq;
- Hesabatları tərtib etmək üçün uçotun müvafiq sahələri üzrə məlumatları hazırlamaq;
- Qurumlarla aparılan əməliyyatların üzləşməsi və öhdəliklərin icra olunmasına nəzarət etmək;
- Maliyyə üzrə üzləşmə prosesinin aparmaq;
- Tapşırılmış layihələrlə bağlı bankda açılmış hesab üzərindən aparılan əməliyyatlara nəzarət  etmək;
- Qurumlarla hesablaşmaları həyata keçirilmək;
- Dövriyyə üzrə gəlirləri və xərcləri tənzimləmək;
- Ödəniş sistemləri üzrə əməliyyatları, yazışmaları və araşdırmaları aparmaq.

Tələb edilən bilik, bacarıq və təcrübə
- Ali təhsil (Bank işi, maliyyə və ya iqtisadiyyat üzrə ali təhsil arzuolunandır);
- Bank işi və ya maliyyə sahəsində 2 il iş təcrübəsi;
- Bank və maliyyə əməliyyatları haqqında bilgilər;
- MS Office əla səviyyədə (Excel əla);
- Yüksək şifahi və yazılı ünsiyyət bacarıqları (Azərbaycan dili);
- İngilis dili (orta səviyyə);
- Operativlik,dəqiqlik, nəticə yönümlülük;
- Problemləri həll etmə, analitik düşünmə, təqdimat və komanda ilə işləmə bacarığı;
- Qurum və təşkilatlarla işləmək və danışıqlar aparmaq bacarıqları;
- Stressə davamlılıq.

Əmək haqqı müsahibə əsasında müəyyən ediləcəkdir.
Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini 22 dekabr 2023-cü il tarixinədək [email protected] elektron ünvanına email-in mövzu hissəsində “Maliyyə analitiki” yazaraq göndərmələri xahiş olunur.

Yalnız vəzifənin tələblərinə uyğun gələn namizədlərlə əlaqə saxanılacaqdır.