Sifarişli səyyar ASAN xidmət

Sifarişli səyyar ASAN xidmətin həyata keçirilməsinə 3 fevral 2014-cü il tarixindən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin pilot layihəsi çərçivəsində Bakı şəhəri üzrə başlanılıb.

Sifarişli əsaslarla həyata keçirilən səyyar xidmətlər fiziki və hüquqi şəxslərin "ASAN xidmət" və “ASAN kommunal” mərkəzlərində göstərilən xidmətlərdən ödənişli əsaslarla şəxsin yaşayış və iş yerini, habelə olduğu yeri tərk etmədən yararlanmasını təmin edən fəaliyyətdir.

Sifarişçi tərəfindən xidmətin göstərilməsi üçün təqdim edilən sənədlərin qəbulu və xidmətin nəticəsi olaraq sifarişçiyə təqdim edilməli olan sənədlər onun yaşayış, iş yerində, habelə olduğu yerdə müvafiq olaraq təhvil götürülür və ya təhvil verilir.

Sosial həmrəyliyin təmin edilməsi məqsədi ilə səyyar xidmətlər kənardan qulluğa və yardıma ehtiyacı olan 1-ci dərəcə əlilliyi olan şəxslər (tibbi-sosial ekspertiza komissiyasının arayışında göstərilməklə) və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar  (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 aprel 2009-cu il tarixli 67 nömrəli qərarı ilə təsdiq edilmiş “Uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına” əsasən)  üçün əlavə səyyar xidmət haqqı ödənilmədən həyata keçirilir.

Xidmətin əhatə dairəsinə Bakı,Gəncə və Sumqayıt şəhərləri, həmçinin Abşeron rayonu daxildir.

Qeyd: Notariat fəaliyyəti yalnız Bakı şəhəri üzrə həyata keçirilir.

Xidmətin sifarişi 108 nömrəli “Çağrı” mərkəzi və ya www.asan.gov.az vasitəsi ilə həyata keçirilir. 

Xidmətlər haqqında daha ətraflı məlumat üçün keçid edin.