media-title
ChatGPT: Həyatımızı asanlaşdıran innovasiya
30/11/2023

ChatGPT və oxşar süni intellekt alətləri tezliklə bütün işləri əvəz edə bilməz. Lakin bu süni intellekt vasitələri bir çox fərqli sahədə çalışanların işlərini asanlaşdırmağa kömək edə bilər. Bir çox işçilər artıq yeni-yeni çıxan bu süni intellekt alətlərini öz işlərinə adaptasiya etməyə başlayıblar. Biz ümumi süni intellekt haqqında danışmaq yerinə bu gün ən çox istifadə olunan ChatGPT-yə nəzər salaq.

İnvestorlar xəstəxanalardan tutmuş marketinq firmalarına qədər müəssisələrin qarşılaşa biləcəyi problemləri həll etmək potensialına malik olduğuna inanaraq süni intellekt alətlərinə yüz milyonlarla dollar xərcləyirlər. ChatGPT də o alətlərdən biridir.

Süni intellektin işçi qüvvəsinə təsirini araşdıran Brookings İnstitutunun baş əməkdaşı Mark Muro bildirib:

"ChatGPT kimi süni intellekt tətbiqləri işçilərin həyatını çox yaxşılaşdıra biləcəyi tamamilə doğrudur".

İş həyatınızı asanlaşdırmaq üçün ChatGPT və AI-dan necə istifadə edə bilərsiniz?

Araşdırma üçün Google yerinə istifadə edin

Gündə neçə dəfə iş yerinizdə Google-da nəsə axtarırsınız? ChatGPT bunu dəyişə bilər. Gmail-in qurucusu Paul Buchheit deyib:

"Google-un tamamilə aradan çıxması üçün hardasa 1-2 il qalıb". 

ChatGPT tamamilə dəqiq olmasa da, verilən hər hansı suala cavab vermək üçün milyonlarla veb-saytdan alınan məlumatları ümumiləşdirərək təqdim edə bilir. 

ChatGPT istifadə edərkən Google-da olduğu kimi verdiyiniz sualın cavabını bir çox mənbədən axtarış etməli olmursunuz. Süni intellekt istədiyin cavabı birbaşa sənə ötürür. Verdiyi cavab çox qəliz və ya anlaşılmaz olarsa, sizin üçün cavabı daha sadələşmiş versiyada ötürməsini istəyə bilərsiniz. Oksford iqtisadçısı Karl Benedikt Frey Insider-ə açıqlamasında deyib:

“İşin daha darıxdırıcı hissələri geridə qalır. Artıq diqqətimizi daha çox düzgün suallar verməyə, daha maraqlı ideyalar tapmağa verə bilərik".

  1. Esse və məqalə yazarkən istifadə edin

İnşa, məqalə və ya hər hansı bir yazı işi olan bir çox tələbə artıq ChatGPT-dən istifadə edir. Coursera-nın baş direktoru Jeff Maggioncalda CNN-ə deyib ki, o, iş e-poçtları və hətta çıxışlar yazmaq üçün ChatGPT-dən istifadə edir. Kitabları və ya mahnıları üçün ilham axtaran yaradıcılar da ChatGPT-dən onlar üçün fərqli alternativlərdə yazılar yazmasını istəyirlər.

  1. Çox uzun məlumatı təhlil etmək üçün istifadə edin

Əgər uzun bir yazını qısa vaxt ərzində oxuyub təhlil etməlisənsə, ChatGPT tez bir şəkildə bunu ümumiləşdirib sizə təqdim edəcək. Çatbotun ən yeni əlavələrindən biri olan Code Interpreter sayəsində ChatGPT Plus istifadəçiləri indi daha geniş məlumat dəstlərinə çıxış əldə edə bilir.

  1. Ondan planlaşdırma və vaxtın idarə edilməsi üçün istifadə edin

Sıx iş qrafikinizi nizama salmaq çox vaxt apara bilər, lakin ChatGPT və digər süni intellekt vasitələri prosesi asanlaşdıra bilər.

Süni intellekt ilə bağlı videolar çəkən Youtuber Micah, iş planı yaratmaq üçün ChatGPT-dən necə istifadə etdiyini göstərən video yayımladı. O, ChatGPT-dən müdiri ilə görüş təyin etmək kimi tapşırıqları özündə əks etdirən gündəlik iş cədvəli yaratmağını istədi. Çatbot bir neçə saniyə ərzində istənilən cədvəlin saatbaşı bölünməsini təqdim etdi. Micah bildirib ki, bu ChatGPT-də edə biləcəyin ən sadə işlərdən biridir.

  1. Biznes və strategiya sahələrində fikir almaq üçün istifadə edin

Əgər hazırda həvəskar bir sahibkarsınızsa, ChatGPT sizə biznesə başlamaq prosesində kömək edə bilər. Omni Business Intelligence Solutions butik konsaltinq şirkətinin qurucusu Jacqueline DeStefano-Tangorra Insider-ə bildirib ki, AI çatbot onun marketinq və tədqiqata sərf etdiyi vaxtı azaldıb. Onun sözlərinə görə, bununla da, yeni müştərilər cəlb etmək üçün daha çox vaxt yaranıb.

"Mən ChatGPT-dən görə bilmədiyim nüansları mənim üçün sıralamasını istəyirəm. Verdiyi cavablar işə olan yanaşmanızı həqiqətən dəyişir".

  1. Koderlər də kodlaşdırma zamanı ondan kömək ala bilər

Kolumbiya Biznes Məktəbinin professoru Oded Netzer hesab edir ki, süni intellekt koderləri əvəz etmək yerinə onların işini asanlaşdıracaq. Xüsusilə, ChatGPT müəyyən kodlaşdırma problemlərini həll etmək üçün tez bir zamanda kod xətləri yaratmağa qadirdir. TikTok istifadəçisi @asap_blockie ChatGPT-dən işinin bir hissəsi olaraq üzərində işlədiyi bəzi koddakı səhvi müəyyən etməsini istədi, o, dekabr ayında videoda dedi.

"Çatbot mənim kodumda nəyin səhv olduğunu üzə çıxardı. Mən bunu kopyalayıb yapışdırdım və sonra işlədi".

Lakin koderlər süni intellektdən kömək alarkən ehtiyatlı davranmalıdır. Çünki bəzi istifadəçilər ChatGPT-nin kodlaşdırma problemlərinə səhv cavab verdiyini aşkar ediblər.

  1. Yeni işə müraciət etmək üçün ondan istifadə edin

Əgər hazırki işinizdən məmnun deyilsinizsə, ChatGPT-dən kömək ala bilərsiniz. İnsanlar yeni bir iş axtarışı edərkən CV-lərini hazırlamaq və digər prosesləri üçün ondan istifadə edirlər. Əgər indiki işinizdə kifayət qədər xoşbəxtsinizsə, ancaq maaşınızın az olduğunu düşünürsünüzsə, ChatGPT hətta maaşınızı artırmağa kömək edə bilər. Əmək haqqı danışıqlarına öncədən hazır olmaq üçün ChatGPT-dən məsləhət ala bilərsiniz.

media-title
Süni intellekt: Gələcəyin dili
30/11/2023

On il bundan əvvəl əgər siz iclasda və ya hər hansı bir auditoriyada süni intellekt terminini işlətmiş olsaydınız, ən yaxşı halda sizə doyunca güləcəkdilər. Bu söz birləşməsinin qulaqlarında cingildədiyi anda bir çox insan 2001: A Space Odyssey filmindəki HAL və ya Star Trek-dəki Data maşınını beynində canlandıracaq.

Bugün isə iş dünyasında ən çox istifadə olunan ifadələr siyahısındadır. Süni intellekt (Aİ) texnologiyası bugün iş dünyasında başverən dijital transformasiyanın (rəqəmsal çevrilmənin) əsas parçalarından biridir ki, şirkətlər toplanan və ya yaradılan məlumatlara (data) görə külli miqdarda pul ödəmək üçün sıraya düzülüblər. Beyninizdə sual yarana bilər ki, dijital transformasiya və yaxud (dilimizə daha yaxın olan formada) rəqəmsal çevrilmə nə deməkdir. Rəqəmsal çevrilmə daim dəyişən biznes, bazar, istehlakçı tələblərinə cavab verə bilmək üçün rəqəmsal texnologiyalardan istifadə etmədir. Rəqəmsal çevrilmə çox böyük gəlir gətirmə potensiyalı olduğu üçün sahibkarlar lazımi məlumatlara pul ödəməkdən çəkinmirlər.

Yaxşı bəs bu dəyişiklik necə baş verdi?

Bu müəyyən qədər Big Data “inqilabından” qaynaqlanır. Belə ki, məlumatın çoxluğu intensiv tədqiqata icazə verdi. Daha sonra intensiv tədqiqat işinə maşınların insanlardan daha uyğun olduğu bəlli oldu. İnsanlar üçün yeganə iş bu maşınları daha səmərəli tədqiqat etmələrini təmin etmək üçün mümkün qədər “daha ağıllı” etməyə çalışmaq oldu. Nəticədə həmin ağıllı maşınlar bugünki adı ilə süni intellekt yarandı.

Bu sahədə tədqiqata artan maraq böyük dəyişikliklər yaratma potensiyalı olan nailiyyətlərə və inkişafa qapıları açdı. Səhiyyədən öz-özünü idarə edən avtomobillərə qədər- heç bir sahədə artıq sizə bu ifadələrə görə gülməyəcəklər!

Süni intellekt nədir?

Süni intellekti təyin edən təriflər zamanla dəyişir, amma əsas məğz olan insan kimi düşünən maşınlar ideyası dəyişməz olaraq qalır. Hər şeydən əlavə, insanların ətraflarındakı dünyanı izah etmədə və topladıqları məlumatla dəyişikliklər yaratmaqda xüsusi bacarıqları olduğu sübut olunmuşdur. Əgər biz daha səmərəli işləyən (insan kimi) maşınlar düzəltmək istəyiriksə, demək biz özümüzdən model kimi, eskiz kimi istifadə edəcəyik. Süni intelekti həm də insana xas düşünmə, yaradıcı (kreativ) olma, öyrənmə kimi bacarıqların kompyuterlərin rəqəmsal və ikili məntiqi (digital and binary logic) vasitəsilə təqlidi kimi də başa düşmək olar.

Tədqiqat və inkişaf işində “Süni İntellekt” iki qola bölünür. İlki “tətbiq olunan Süni intellekt (applied AI)”-dir ki, burda xüsusi bir tapşırığı insan təfəkkürünün təqlidi hesabına yerinə yetirməsi nəzərdə tutulur. Digəri isə “ümumiləşdirilmiş Süni intellekt (generalized AI)”-dir ki, bu da maşının zəkasını istənilən işdə əvvəlcədən heç bir proqramlaşdırma olmadan, yəni bir insan kimi məşğul ola biləcək səviyyədə inkişaf etdirməkdir.

Sİ-də əsas inkişaflar və yeniliklər

Bütün bu üstünlüklər bütün fikirlərin insan düşüncəsinin, düşünmə prosesisinin işləyişinin təqlidinə cəmlənməsi nəticəsində əldə olunmuşdur. Tədqiqat sahəsi son illərdə “machine learning” kimi tanınımışdır və bu danılmaz faktdır ki, Aİ və machine learning bir-birlərini tamalayan iki ifadəyə çevrilmişdir.

Hal-hazırda machine learning Aİ-in ən müasir hissəsi kimi tanınır. Machine learning-in təməlində yatan məntiq maşınlara hər şeyi sıra ilə bircə-bircə öyrədilməsindən daha çox onları bizim kimi düşünən bir əşya kimi proqramlaşdırma ilə bağlıdır. Beləcə onlar işləməyi bizim kimi müşahidə edərək, səhvlərdən öyrənərək qavraya bilərlər.

Nevrologiyanın İT sistem arxitekturasına tətbiqi süni sinir şəbəkəsinin inkişafına icazə verdi. Baxmayaraq ki, bu sahədəki işlər son yarıməsrdə təkmilləşib, yalnız bu yaxınlarda  kompyuterlər müvafiq (adekvat) güclə xüsusi və baha əməliyyat alətləri xaricində gündəlik tapşırıqların həll edilməsini hər kəsə əlçatan etmişdir.
Güman ki, bu sahədəki inkişafdakı yeganə ən böyük amil rəqəmsal dünyanın cəmiyyətlə iç-içə keçməsi ilə yaranan havayı, pulsuz məlumat partlayışıdır. Məlumatın belə əlçatanlığı- bizim sosyal medyada paylaşdıqlarımız da daxil-  kompyuterlərin əlində bir dünya informasiya olması deməkdir. Bunun köməkliyi ilə onlar daha səmərəli qərar verə bilər, bizləri və bazarı daha yaxşı öyrənə bilərlər.

Aİ-in gələcəyi

Kimdən soruşulmasından asılıdır və cavablar fərqlidir!

Əsas qorxu odur ki, bəzilərinə görə Aİ-nin bizim beynimizə bərabər və ya daha böyük inkişafı onlara daha sürətli işləmə imkanı verir və bununla yanaşı bəşəriyyət üçün neqativ nəticələr doğura bilər. Bunlarla bağlı Matriks və Terminator kimi apokaliptik sci-fi filmləri çəkilmişdir.  Amma bu ehtimal Steven Houkinq kimi alimlər tərəfindən soyuqqanlılıqla qarşılanır.

Hətta əgər robotlar bəşəriyyətin nəslini kəsməsə və yaxud bizi yaşayan batareyalara çevirməsələr belə, daha az dramatik amma yenə də kabus kimi bir ehtimal daha var ki, reallığa daha yaxındır. Bu əməyin avtomatlaşdırmasıdır. Əməyin avtomatlaşdırılmasının cəmiyyətdə dəyişiklik yaradacağı dəqiqdir, amma bilinmir ki, bu dəyişiklik yaxşıya, yoxsa pisə doğrudur.

Bu anlaşılan təlaş keçən il Google, İBM, Microsoft, Facebook və Amazon kimi texno nəhənglərin bir yerdə Aİ partnyotluğu imzalamağa  vadar etdi. Bu qrup Aİ-nin tətbiqlərini etikliyni həm müdafiə etməyi həm də tədqiq etməyi və gələcəkdə problemlərin yaranmaması üçün təlimat rəhbəri düzəltməyi öz boyunlarına götürmüşdür.

media-title
Gələcəyin innovasiyası: Metaverse nədir?
30/11/2023

“Metaverse” kəliməsinə ilk dəfə Neal Stephensonun 1992-ci ildə yazılan “Snow Crash” adlı elmifantastik əsərində rast gəlinmişdir. Onun bu sözü istifadə etməkdə məqsədi avatarların yaşadığı bir kainatı adlandırmaq idi. 2022-ci ildə Mark Zukerberq “Facebook” şirkətinin yeni korporativ adının “Meta” olacağını elan etdikdən sonra, bu söz yenidən gündəmə gəlməyə başladı.

Metaverse nədir?

Təsəvvür edin, olduğunuz yeri tərk etmədən və böyük səylər göstərmədən, AVR cihazları ilə çoxdan görmək istədiyiniz bir şəhərə səfər edə, həmin şəhərdə gəzə, kinoteatr və ya önəmli bir idman yarışını izləyə, oyun oynaya ya da arzusunda olduğunuz bir şirkətdə işləyə bilirsiniz. Metaverse vasitəsilə daxil olacağınız süni kainatda bütün bunlar mümkün olacaq.

Sadəcə kompüter qarşısında oturmaqla kifayətlənməyib, metaverse-də - bütün virtual aləmin olduğu uydurma gerçəklikdə yalnız qulaqlıq və eynəkdən istifadə etməklə daxil ola biləcəksiniz.

Metaverse nümunələri

Metaverse özü-özlüyündə oyun və ya proqram deyil. iPhone, Google, Instagram və ya Web2 tək internet olmadığı kimi, Metaverse də tək başına virtual reallıq, NFT, OVR və ya Sandbox deyil. Metaverse, NFT, Web3, ağıllı qolbaqlar, VR eynəkləri və daha bir çox ixtira edilməmiş cihaz və proqram təminatının birləşməsindən formalaşacaq çox böyük bir kainatdır. Hazırda Mustafa Kamal Atatürkün şəxsi əşyaları “NFT” olaraq təqdim olunur. Bundan başqa ən məşhur “MetaVerse”lərdən biri olan “Decentraland”da bu təcrübəni yaşamaq mümkündür.

Metaverse-ə necə daxil olmaq olar?

Metaversə daxil olmaq üçün vahid bir prosses olmasa da, ekspertlər özünüzü həqiqətən təcrübəyə qərq etmək üçün bəzi avadanlıqlar əldə etməyi təklif edirlər. Bu avadanlıqların qiyməti və markası isə büdcənizdən asılı olaraq dəyişə bilər: 10 ABŞ dolları dəyərində olan Google Cardboard və ya orta səviyyəli 300 dollarlıq Oculus Quest 2 virtual reallıq eynəyi, və ya yüksək keyfiyyətli 999 dollarlıq Valve Index VR-a qədər istədiyiniz texnikanı alaraq virtual aləmə daxil ola bilərsiniz.

Kibertəhlükəsizlik üzrə ekspert Baggilinin fikrincə, metaverse-in strukturu hazırda “App Store”un strukturuna bənzəyir: “Hazırda sizin App Store-dan yükləyə biləcəyiniz müxtəlif proqramlar kimi, virtual reallıq təklif edən çoxsaylı platformalar var. Ancaq insanların ona daxil olmaq üçün istifadə edə biləcəyi tək bir portal yoxdur”. Bununla belə, bir çox ekspertlər metaverse-ə daxil olmaq üçün mütləq VR eynəyinə ehtiyacınız olmadığını iddia edirlər.

Gələcəkdə Metaverse

Metaverse həyatımıza daxil olanda əyləncə formaları da öz şəklini dəyişəcək. Müəllim və ya məktəblər dərsləri tamamilə Metaverse-ə köçürə bilər. Beləliklə, onlar dünyanın hər yerindən tələbələri qəbul edə bilərlər. Tələbələr isə fiziki olaraq bir yerdən başqa yerə getmədən dünyanın istənilən yerində dərslərdə iştirak edə bilərlər. Bu dərslərdə siz sinifdəki digər avatarlarla dost ola, dərsdən sonra birlikdə çay və qəhvə içməyə gedə bilərsiz. Yəni universitet həyatınızı tamamilə virtual mühitdə yaşaya bilərsiniz. Təbii ki, bunlar sadəcə kiçik nümunələrdir.