ASAN ödəniş

8 yanvar 2015-ci ildən fəaliyyətə başlayan “ASAN ödəniş” sistemi cərimə, kommunal xidmət, kabel televiziyası, mobil operator, internet və digər ödənişləri qısa zamanda, təhlükəsiz və rahat şəkildə həyata keçirmək imkanı yaradır. Respublika daxilində geniş ərazini əhatə edən “ASAN Ödəniş” terminalları,
həmçinin www.asanpay.az portalı və “ASAN Pay” mobil əlavəsi vasitəsilə istənilən xidmət üzrə heç bir məhdudiyyəti olmadan 24/7 ödəniş etmək mümkündür. Portalda qeydiyyatdan keçmədən də onlayn ödəmə etmək mümkündür, amma sistemdə hesab açmaqla vətəndaş aşağıdakı üstünlükləri əldə edir:

• Dövlət Yol Polisi tərəfindən tərtib edilən cərimələr haqqında məlumat əldə edir;

• Avtomobilin texniki baxış talonu haqqında operativ məlumat əldə edir;

• Texniki baxış və tərtib edilən protokollar haqqında vətəndaşa pulsuz SMS və email bildirişlər göndərilir;

• Sürücülər çıxarışlar bölməsində gün ərzində üç dəfə inzibati xətalara dair protokol, yol hərəkəti və yol
hərəkəti təhlükəsizliyi haqqında inzibati cərimənin mövcud olmaması haqqında sübut əldə edə bilirlər;

• Şikayətlər bölməsində vətəndaş ona tərtib olunan inzibati protokola dair şikayət göndərə bilir.

Bu üstünlüklərdən vətəndaşlar “ASAN Login” Vahid Giriş Sistemindən “ASAN ödəniş”ə keçid edərək istifadə edə bilərlər.

 

Ətraflı məlumat üçün keçid edin.