Asan Viza

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 iyun 2016-cı il tarixli Fərmanı əsasında yaradılan “ASAN Viza” sistemi  Azərbaycana gəlmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza verilməsi prosedurunun sadələşdirilməsi məqsədilə yaradılıb. 

“ASAN Viza”nın elektron viza portalı və hava limanlarındakı özünəxidmət terminalları azərbaycan, ingilis, fransız, ispan, alman, italyan, ərəb, fars, koreya və rus olmaqla - 10 dildə fəaliyyət göstərir. 

“ASAN Viza” sistemi vasitəsilə Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında 11 ölkənin vətəndaşlarına vizaların verilməsi təmin edilir.

Hava limanlarındakı terminallar vasitəsilə orta hesabla bir əcnəbi vətəndaş üçün vizanın verilməsi müddəti 2 dəqiqə təşkil edir. Özünəxidmət terminalları ilə yanaşı xüsusi pəncərələr vasitəsi ilə viza verilməsi və bank xidmətləri də həyata keçirilir. “ASAN Viza”-nın əməkdaşları ökəmizə səfər edən əcnəbilərə azərbaycan, ingilis, ispan, türk, ərəb, fars və rus dillərində xidmət göstərirlər.

Ümumilikdə, “ASAN Viza” sistemi vasitəsilə 91 ölkədən olan əcnəbilərə elektron viza verilməsi təmin edilir.

 

 “ASAN Viza” ilə indiyədək 3 milyondan çox viza verilib.

 

Ətraflı məlumat üçün keçid edin.