GERİ

“Gələcək üçün Bacarıqlar” layihəsinin "Orientasiya günü" tədbiri keçirilib

19 Aprel, 2022

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnnovasiyalar Mərkəzinin həyata keçirdiyi “Gələcək üçün Bacarıqlar” layihəsinin yeni “Mentorluq proqramı”na qəbul olunan şəxslər üçün "Orientasiya günü" tədbiri keçirilib.

Tədbirin məqdəsi layihəyə yeni qoşulan universitet nümayəndələrini məlumatlandırmaq, mentorluq proqramının məzunları, layihə iştirakçıları və layihə komandası ilə tanış etmək olub.

Tədbirdə “Gələcək üçün Bacarıqlar” layihəsinin rəhbəri Şəbnəm Məmmədova, Anlaşma Memorandumu imzalamış və layihəyə qoşulmuş 4 universitetin nümayəndələri, memorandum imzalanması nəzərdə tutulmuş 9 ali təhsil müəssisələrinin nümayəndələri, mentorlar və digər qonaqlar iştirak ediblər.

Layihə rəhbəri Şəbnəm Məmmədova iştirakçıları layihə haqqında məlumatlandıraraq, layihənin icra müddətində həyata keçirilmiş mentorluq proqramı, yeni başlayacaq mentorluq proqramı və “TUSİ 2C” proqramı üzrə işlər barədə məlumat verib.

Daha sonra “Yeni Fikir” MMC-nin rəhbəri və “Gələcək üçün Bacarıqlar” layihəsinin təlimçilərindən olan İsa Qasımov "Sahibkarlıq və Biznes" mövzusunda iştirakçılarla müzakirələr aparıb.

Həmçinin “Gələcək üçün Bacarıqlar” layihəsinin təlimçilərindən olan və ASAN İnnovativ İnkişaf Mərkəzinin rəhbəri Zibeydə Bayramova şəbəkələşmə üzrə təlim həyata keçirib və təlim üzrə müxtəlif oyunlar təşkil olunub.

Sonda layihənin növbəti mərhələləri ilə bağlı fikir mübadilələri aparıb, tədbir iştirakçılarının bir sıra sualları cavablandırılıb və layihə haqqında təəssüratlar və təcrübələr paylaşılıb.

Qeyd edək ki, layihəyə ilkin mərhələdə 4 universitet - Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Mühəndislik Universiteti və Azərbaycan Texniki Universiteti, mentor kimi isə 48 müəllim qoşulub. 14 aprel 2022-ci ildə keçirilən "Gələcək üçün bacarıqlar: Gələcək üçün birgə" adlı hesabat tədbirində layihəyə daha 9 ali təhsil müəsisəsi qoşulub. Bunlar Bakı Dövlət Universiteti, ADA Universiteti, Azərbaycan Texnologiya Universiteti, Bakı Ali Neft Məktəbi, Bakı Biznes Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Xəzər Universiteti, Gəncə Dövlət Universiteti, Mingəçevir Dövlət Universitetidir.

Digər xəbərlər