GERİ

E-Commerce 1.0

8 dekabr, 2018

Tədbirin əsas məqsədi dövlət nümayəndələrini, pərakəndə satış şirkətlərini, marketinq agentlikləri, çatdırılma şirkətləri, ödəmə platformaları və digər e-ticarət mühitinin iştirakçılarını bir araya gətirərək onlara bu istiqamətdə davamlı inkişaf etmək üçün konstruktiv həll yolları təqdim etməkdir.

E-Commerce 1.0 tədbiri Shop.az və "İNNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin birgə təşkil etdiyi özəl sektoru hədəfləyən elektron ticarətə həsr olunmuş ilk tədbir olacaqdır. 8 dekabrda “Four Seasons” otelində baş tutacaq tədbirdə yerli və xarici e-ticarət peşəkarları müxtəlif mövzularda öz uğur hekayələrindən, yerli və qlobal təcrübədən danışacaq və öz təcrübəsini 300-ə yaxın yerli şirkətin nümayəndələri ilə bölüşəcək.

Digər xəbərlər