"Bilim Quba" mərkəzi

“Bilim Azərbaycan” layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Türkiyə Texnologiya Komandası Fondu (T3) arasında imzalanmış Protokola əsasən yaradılmışdır. Mərkəzdə “ Bilim Bakı”, "Bilim Quba" və “Deneyap” proqramları həyata keçirilir.

Layihə çərçivəsində yaradılan “Bilim Quba” mərkəzi 6-14 yaşlı şagirdlərin texnologiya, innovasiya, elm və sahibkarlıq sahəsində bilik və bacarıqlarının inkişafına yönəlib. Layihənin məqsədi şagirdlərə məktəbdə öyrədilən anlayışları tətbiqi təlimlər vasitəsilə əyani nümayiş etdirmək, gündəlik həyatda elm və texnologiyanın ekvivalentini göstərmək və nəzəriyyəsi məlum olan elmi hadisələrin praktikada necə işlədiyini müşahidə etmək imkanlarını yaratmaqdır.

Mərkəzdə hər biri 20 şagird tutumlu, ümumilikdə 4 laboratoriya fəaliyyət göstərir:

1.Təbiət elmləri;

2.Riyaziyyat;

3.Astronomiya, kosmos və aviasiya;

4.Dizayn.