Satınalmalar üzrə menecer vakansiyası elan edirik

media-title
28/11/2023

Əsas funksiyalar:
•    Elektron satınalmalar portalında və dövlət qəzetlərində satınalma proseduru ilə bağlı elanların yerləşdirilməsi;
•    İxtisaslaşmış malgöndərənlərin siyahısının hazırlanması və onlara dəvət məktublarının göndərilməsi;
•    Dövlət satınalmalar haqqında qanunun tələblərinə uyğun olaraq satınalma prosedurlarının həyata keçirilməsi, tenderin əsas şərtlər toplusunun, iclas protokolunun, yekun protokolun hazırlanması və komissiya üzvləri tərəfindən təsdiq edilməsi üçün zəruri tədbirlərin görülməsi;
•    Tenderin nəticəsi ilə bağlı yekun protokolun müvafiq dövlət orqanına göndərilməsi və qeydiyyata alınması ilə bağlı prosesin nəzarətdə saxlanılması;
•    Tenderin nəticəsi ilə bağlı bildirişin və  müqavilə məlumatının qanunda müəyyən edilmiş müddət ərzində elektron satınalmalar portalında yerləşdirilməsinin təmin edilməsi və iddiaçı şirkətlərə bununla bağlı aksept və məlumat xarakterli məktubların göndərilməsi;
•    Tender komissiyasının işinin təşkili, iddiaçılardan daxil olan sorğuların cavablandırılması;
•    Satınalma müqavilələrinin hazırlanması,təsdiq etdirilməsi, əlavə və dəyişikliklərin hazırlanması, ləğv edilməsi, icrasına nəzarət edilməsi və reyestrinin aparılması;
•    Daxil olmuş hesab fakturaların, aktların müqavilə öhdəliklərinə uyğunluğunun yoxlanılması;
•    Dövlət satınalmaları haqqında qanunun tələbləri nəzərə alınmaqla il ərzində eyni kateqoriyadan olan malların (işlərin və xidmətlərin) ayrı-ayrı müqavilələrə bölünməməsinə nəzarət etmək;
•    Həyata keçirilən satınalma prosedurları ilə bağlı rəhbərlik və digər dövlət orqanları üçün hesabatların hazırlanması;
•    Xərclərin azaldılması məqsədilə təkliflər vermək;
•    Büdcə layihəsinin hazırlanmasında iştirak etmək;
•    Departamentin fəaliyyəti üzrə bölmə rəhbərinin və Daimi Tender Komissiyası sədrinin digər tapşırıqlarının yerinə yetirilməsi.

Tələb edilən bilik, bacarıq və təcrübə
•    Ali təhsil. 
•    Dövlət satınalamaları üzrə  2 il iş stajı, satınalamalar üzrə ümumi iş stajı 3 il (Dövlət qurumunda müvafiq sahə üzrə təcrübəsi olanlara üstünlük veriləcəkdir);
•    Dövlət satınalmaları prosedurunun həyata keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi;
•    Şifahi və yazılı ünsiyyət bacarığı (Azərbaycan dili -əla səviyyədə, İngilis dili-orta səviyyədə);
•    MS Office proqramları (əla səviyyədə);
•    Mövcud avtomatlaşdırılmış informasiya sistemlərində işləmək bacarığı;
•    Operativlik,dəqiqlik, nəticə yönümlülük;
•    Problemləri həll etmə, analitik düşünmə, təqdimat və komanda ilə işləmə bacarığı.

İş qrafiki:
•    İş qrafiki : Tam iş günü (5 gün);
•    İş saatları: 09:00-18:00

Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini 12 dekabr 2023-cü il tarixinədək [email protected] elektron ünvanına email-in mövzu hissəsində “Satınalmalar üzrə menecer” yazaraq göndərmələri xahiş olunur. 

 Yalnız vəzifənin tələblərinə uyğun gələn namizədlərlə əlaqə saxanılacaqdır.