“İnnovasiyalar Mərkəzi”ndə “Süni Zəka və İdarəçilik” mövzusunda təlim keçirilib

“İnnovasiyalar Mərkəzi”ndə “Süni Zəka və İdarəçilik” mövzusunda təlim keçirilib
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin rəhbər şəxsləri üçün “Süni Zəka və İdarəçilik” mövzusunda təlim təşkil edilib.
Təlimin əsas məqsədi rəhbərlərin süni zəkanın idarəetmədəki rolu ilə yaxından tanış olması, şəxsi inkişaf və komanda quruculuğunda təqdim etdiyi yeni imkanları kəşf etməsi, həmçinin təcrübə mübadiləsi apararaq bir-birindən öyrənməsinə şərait yaratmaq olub.
Təlim zamanı iştirakçılara süni zəkanın ən son yenilikləri və idarəetmədə praktiki tətbiqləri təqdim olunub. Qeyd olundu ki, süni zəka rəhbərlərə gündəlik iş proseslərini sadələşdirmək, daha dəqiq qərarlar qəbul etmək, komanda idarəsini effektivləşdirmək və liderlik bacarıqlarını gücləndirmək üçün geniş imkanlar açır. Süni zəkanın artıq yalnız bir alət yox, həm də “rəqəmsal əməkdaş” rolunu üzərinə götürməsi, süni zəka əsaslı agentlərin yaradılması və rəhbərlərin vaxtını xırda, rutin tapşırıqlardan azad etməsi xüsusi diqqətə çatdırılıb.
İşgüzar fəaliyyətdə süni zəkanın gücündən faydalanmaq, vaxtı daha dəyərli qərarlara sərf etmək və komandanın potensialını maksimuma çıxarmaq üçün ASAN İnnovativ İnkişaf Mərkəzinin təşkil etdiyi növbəti "Süni Zəka" təlimləri mühüm imkanlar təqdim edir. Bu təlimlər yalnız nəzəri biliklərlə kifayətlənmir, eyni zamanda dərhal tətbiq oluna biləcək praktiki bacarıqlar qazandırır.








































Naxçıvan Dövlət Universitetində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Asiya İnkişaf Bankının birgə həyata keçirdiyi “Yerli Texnoloji Startapların İnkişafının Təşviqi” layihəsi çərçivəsində görüş keçirilib.
Universitet rəhbərliyi ilə keçirilən görüşdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti iştirak edib.
Görüş zamanı Naxçıvanda baş tutacaq "StartupFest" haqqında müzakirələr edilib. Həmçinin, “İnnovasiyalar Mərkəzi” tərəfindən həyata keçirilən “Gələcək üçün bacarıqlar” layihəsi haqqında da ətraflı məlumat verilib. Qeyd olunub ki, “Gələcək üçün bacarıqlar” layihəsinin məqsədi innovasiya sahəsində kadr potensialının artırılması, təhsildə innovasiya fəaliyyətinin dəstəklənməsi, innovativ ideyalarını inkişaf etdirmək üçün təhsil prosesində tələbələrə dəstək göstərilməsi və tələbələrin ölkənin texnoloji inkişafında önəmli rol oynayan kəşf, ixtira sahəsinə yönləndirilməsidir.

Ölkəmizdə səfərdə olan Rumıniya Hökumətinin Baş katibi Mirçea Abrudeanın rəhbərlik etdiyi nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.
Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonaqlara “ASAN xidmət” modelinin yaradılması məqsədləri, habelə dövlət xidmətləri sahəsində həyata keçirilən müxtəlif layihələr barədə ətraflı məlumat verib.
Qonaqlar həmçinin Səyyar ASAN xidmətin, 108 Çağrı Mərkəzinin, "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin, ASAN İnnovativ İnkişaf Mərkəzinin, “ABAD”ın, “Bilim Bakı”nın və "ASAN TV və Radio"nun fəaliyyəti ilə tanış olublar.
Nümayəndə heyətinə dövlət xidmətlərinin dizaynı və müvafiq sahədə tətbiq olunan innovativ həllər barədə də geniş təqdimat edilib.
Qonaq “ASAN xidmət” modeli ilə yerində tanışlıqdan məmnun olub və hazırda Rumınıyada dövlət xidmətləri sahəsində oxşar modelin olmadığını bildiririb.
Baş katib “ASAN xidmət” təcrübəsinin ölkəsində tətbiqi ilə bağlı qısa müddətdə anlaşma memorandumunu imzalamaq niyyətində olduqlarını vurğulayıb.
Səfər zamanı rumıniyalı qonaq “ASAN TV və Radio”ya müsahibə verib.
Xatırladaq ki, cari ilin fevral ayında Birləşmiş Ərəb Əmirliklərində keçirilmiş 11-ci “Dünya Hökumətlər Sammiti”ndə Rumıniya Hökumətinin Baş katibi ilə Dövlət Agentliyinin sədri arasında görüş keçirilib və əməkdaşlıqla bağlı ilkin razılığa gəlinib.