Maşın öyrənmə mühəndisi

Son tarix 19/03/2024

Vəzifə öhdəlikləri

🟦 Süni İntellekt, Maşın Öyrənmə kimi data əsaslı qabaqcıl texnologiyaların araşdırılması və tətbiqi ilə bağlı işlərdə iştirak edir;
🟦 MLOps yanaşması əsasında Maşın Öyrənmə həllərinin ümumi istifadəyə verilməsini təmin edir;
🟦 Süni İntellektin etikası, tətbiqi və bu sahədə yeni axınlarla bağlı tədqiqatlar aparılmasını və innovasiyanın tətbiq olunmasını təşkil edir;
🟦 Mərkəzlərdə xidmətlərin təkmilləşdirilməsində və xidmət keyfiyyətinin artırılması üzrə Süni İntellekt həllərinin tətbiq edilməsinə dair təkliflər verir və tətbiq edilməsində iştirak edir;
🟦 Qurumun proqram təminatı məhsullarında Süni İntellekt həllərinin tətbiqi ilə bağlı imkanları araşdırır, təkliflər hazırlayır və icrasında iştirak edir;
🟦 Data toplanması, təmizlənib, işarələnməsi üçün təkliflər verir və bu işlərlə bağlı yaradılmış qrupların görüdüyü işin keyfiyyətinə nəzarət edir;
🟦 Süni İntellekt həllərinin optimallaşdırılması ilə bağlı görülən işlərdə iştirak edir;
🟦 Süni İntellekt fəaliyyətini təmin edən proqram və avadanlıqların quraşdırılması və fasiləsiz işləməsinin təmin olunması üçün zəruri işləri yerinə yetirilməsinə nəzarət edir, əgər uyğunsuzluq olarsa, şöbə müdiri və müvafiq işçiləri məlumatlandırır və problemin həllini təmin edir;
🟦 Fəaliyyət istiqaməti üzrə şöbəyə daxil olan müraciətləri araşdırır və cavablandırılmasını təmin edir;
🟦 Beynəlxalq təşkilatlar və xarici dövlətlərin aidiyyəti qurumları ilə əməkdaşlıq və təcrübə mübadiləsində iştirak edir.


Tələb edilən bilik, bacarıq və təcrübə

🟪 Ali təhsil (texniki ixtisaslar üzrə olması arzuolunandır);
🟪 Python proqramlaşdırma dil: maşın öyrənməsi və data analitikasında istifadə olunan əsas alətlər və kitabxanalar (TensorFlow, PyTorch, Scikit-learn kimi);
🟪 Təbii dilin emalı (NLP) və kompüter görməsi (Computer Vision) tətbiqi üzrə, pre-trained Dərin Öyrənmə modellərin istifadəsi və fine-tune olunması üzrə təcrübə;
🟪 MLOps alətlərindən istifadə üzrə təcrübə (MLFlow, Docker və s.);
🟪 Gitlab ilə versiya kontrolu, fasiləsiz inteqrasiya və tətbiqi (CI-CD) bilikləri;
🟪 Statistik modelləşdirmə, data təhlili və data vizuallaşdırma (Plotly, Seaborn və s.) bilikləri;
🟪 SQL və NoSQL bazalarla işləmə təcrübəsi;
🟪 Data axını alətləri ilə tanışlıq (Apache Airflow, Apache Kafka kimi);
🟪 Analitik təhlil, məntiqi mühakimə və problem həll etmək bacarığı;
🟪 Tədqiqatların təşkil olunması və həyata keçirilməsi bacarığı;
🟪 Nəticələrin təqdim edilməsi, ünsiyyət və komanda ilə işləmə bacarığı;
🟪 İngilis dili (“intermediate” səviyyəsində).


İş şəraiti:

- 5 günlük iş qrafiki
Əmək haqqı namizədə görə müəyyən ediləcək.
Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini 19.03.2024-cü il
tarixinədək [email protected] elektron ünvanına email-in mövzu hissəsində “ML” yazaraq göndərmələri xahiş olunur.

Yalnız vəzifənin tələblərinə uyğun gələn namizədlərlə əlaqə saxanılacaqdır.