Əsas funksiyalar:
• Elektron satınalmalar portalında və dövlət qəzetlərində satınalma proseduru ilə bağlı elanların yerləşdirilməsi;
• İxtisaslaşmış malgöndərənlərin siyahısının hazırlanması və onlara dəvət məktublarının göndərilməsi;
• Dövlət satınalmalar haqqında qanunun tələblərinə uyğun olaraq satınalma prosedurlarının həyata keçirilməsi, tenderin əsas şərtlər toplusunun, iclas protokolunun, yekun protokolun hazırlanması və komissiya üzvləri tərəfindən təsdiq edilməsi üçün zəruri tədbirlərin görülməsi;
• Tenderin nəticəsi ilə bağlı yekun protokolun müvafiq dövlət orqanına göndərilməsi və qeydiyyata alınması ilə bağlı prosesin nəzarətdə saxlanılması;
• Tenderin nəticəsi ilə bağlı bildirişin və müqavilə məlumatının qanunda müəyyən edilmiş müddət ərzində elektron satınalmalar portalında yerləşdirilməsinin təmin edilməsi və iddiaçı şirkətlərə bununla bağlı aksept və məlumat xarakterli məktubların göndərilməsi;
• Tender komissiyasının işinin təşkili, iddiaçılardan daxil olan sorğuların cavablandırılması;
• Satınalma müqavilələrinin hazırlanması,təsdiq etdirilməsi, əlavə və dəyişikliklərin hazırlanması, ləğv edilməsi, icrasına nəzarət edilməsi və reyestrinin aparılması;
• Daxil olmuş hesab fakturaların, aktların müqavilə öhdəliklərinə uyğunluğunun yoxlanılması;
• Dövlət satınalmaları haqqında qanunun tələbləri nəzərə alınmaqla il ərzində eyni kateqoriyadan olan malların (işlərin və xidmətlərin) ayrı-ayrı müqavilələrə bölünməməsinə nəzarət etmək;
• Həyata keçirilən satınalma prosedurları ilə bağlı rəhbərlik və digər dövlət orqanları üçün hesabatların hazırlanması;
• Xərclərin azaldılması məqsədilə təkliflər vermək;
• Büdcə layihəsinin hazırlanmasında iştirak etmək;
• Departamentin fəaliyyəti üzrə bölmə rəhbərinin və Daimi Tender Komissiyası sədrinin digər tapşırıqlarının yerinə yetirilməsi.
Tələb edilən bilik, bacarıq və təcrübə
• Ali təhsil.
• Dövlət satınalamaları üzrə 2 il iş stajı, satınalamalar üzrə ümumi iş stajı 3 il (Dövlət qurumunda müvafiq sahə üzrə təcrübəsi olanlara üstünlük veriləcəkdir);
• Dövlət satınalmaları prosedurunun həyata keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi;
• Şifahi və yazılı ünsiyyət bacarığı (Azərbaycan dili -əla səviyyədə, İngilis dili-orta səviyyədə);
• MS Office proqramları (əla səviyyədə);
• Mövcud avtomatlaşdırılmış informasiya sistemlərində işləmək bacarığı;
• Operativlik,dəqiqlik, nəticə yönümlülük;
• Problemləri həll etmə, analitik düşünmə, təqdimat və komanda ilə işləmə bacarığı.
İş qrafiki:
• İş qrafiki : Tam iş günü (5 gün);
• İş saatları: 09:00-18:00
Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini 15 iyul 2024-cü il tarixinədək [email protected] elektron ünvanına email-in mövzu hissəsində “Satınalmalar üzrə menecer” yazaraq göndərmələri xahiş olunur.
Yalnız vəzifənin tələblərinə uyğun gələn namizədlərlə əlaqə saxanılacaqdır.