Vəzifə öhdəlikləri:
- ASAN Viza departamentinin Azərbaycan Respublikasının Beynəlxalq Hava limanlarında yerləşən xidmət məntəqələrində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün elektron viza məlumatlarının qeydiyyatının operativ şəkildə həyata keçirilməsini təmin etmək
- Viza xidmətlərindən istifadə etmək istəyən şəxslərə viza məntəqələrində pəncərə arxası, terminallarda və daim internetə açıq kompüterlərdə köməklik göstərmək
- Viza xidmətlərindən istifadə etmək istəyən şəxslərin sorğusu ilə viza alınması proseduru ilə bağlı dəqiq, doğru və məqsədəuyğun məlumat təqdim etmək
- Xidməti həyata keçirərkən növbəlilik, rahatlıq, nəzakətlilik, peşəkarlıq, fərdi yanaşma, şəffaflıq və məsuliyyətlilik prinsiplərinə əməl etmək
- Xidməti fəaliyyətlə bağlı, əcnəbi və vətəndaşlığı olmayan şəxslərə aid məlumatların məxfiliyini təmin etmək
- Əmək qanunvericiliyinin və fəaliyyətini tənzimləyən digər normativ sənədlərin tələblərinə əməl etmək
Namizədə tələblər:
- Ali təhsil (Regionşunaslıq, beynəlxalq münasibətlər, xarici dillər üzrə)
- Xarici dil bilikləri – İngilis dili (yüksək səviyyədə); Rus dili, Ərəb dili, Çin dili, Yapon dili , Koreya dili, İvrit dili bilənlərə üstülük veriləcək
- Hərbi mükəlləfiyyətli olması arzu olunandır
- Komanda işi bacarığı
- Strateji düşünmək, sistemli yanaşmaq
- Mükəmməl ünsiyyət, təqdimat və nitq qabiliyyəti
- Yüksək təşkilatçılıq bacarığı
- Danışıqların aparılması bacarığı
- Operativlik, dəqiqlik, nəticəyönümlülük
- Stressə davamlılıq
- Problemləri analiz etmək və konfiliktləri idarə etmək
- “Microsoft Office” proqramlarından (Word, Excel, PowerPoint, Outlook və s.) istifadə bacarıqları arzu olunandır
İş qrafiki :
- Qrafikə əsasən növbəli iş rejimi (gecə növbəsi daxil olmaqla)
Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini 21 Oktyabr 2024-cü il tarixinədək [email protected] elektron ünvanına email-in mövzu hissəsində “Vizaların verilməsi üzrə məlumat mütəxəssisi” yazaraq göndərmələri xahiş olunur.
Yalnız vəzifənin tələblərinə uyğun gələn namizədlərlə əlaqə saxanılacaqdır.