Vəzifə öhdəlikləri
- Süni İntellekt və ML texnologiyaları ilə bağlı yeniliklərin araşdırılması və “Proof of Concept”nin hazırlanması;
 - MLOps təcrübəsi əsasında Maşın Öyrənmə həllərinin ümumi istifadəyə verilməsi;
 - Dövlət qurumunda xidmətlərin təkmilləşdirilməsi və xidmət keyfiyyətinin artırılması üzrə Süni İntellekt həlləri ilə bağlı təkliflərin verilməsi və yeni həllərin hazırlanaraq tətbiq edilməsi;
 - Datanın toplanması, təmizlənməsi, annotasiyası üzrə təkliflərin verilməsi və bu qrupların işlərinin keyfiyyətinə nəzarətin aparılması;
 - Mövcud modellərin performasının optimallaşdırılması və monitorinqinin aparılması.
 
Tələb edilən bilik, bacarıq və təcrübə
- ML / MLOps sahəsində ≥2 il (aparıcı mütəxəssis), ≥4 il (böyük mütəxəssis) təcrübə;
 - Ali təhsil (texniki ixtisaslar üzrə olması arzuolunandır);
 - Təbii dilin emalı (NLP) və kompüter görməsi (Computer Vision) tətbiqi üzrə təcrübə;
 - Arxitektura dizaynı və “best practices” tətbiqi təcrübəsi (xüsusilə senior level namizədlər üçün);
 - MLOps alətlərindən istifadə üzrə təcrübə (Docker, GitLab CI/CD, MLFlow, Ray və s.);
 - Python, statistik modelləşdirmə, data vizuallaşdırma (Plotly, Grafana və s.) bilikləri;
 - Data Lake, Data Warehouse işləmə təcrübəsi və SQL bilikləri;
 - Analitik təhlil, məntiqi mühakimə, problem həll etmə bacarığı;
 - İngilis dili (intermediate və yuxarı).
 
Arzuolunan tələblər:
- Streaming data alətləri ilə iş (Kafka, Spark Streaming və s.);
 - LLM-lər və RAG (Retrieval-Augmented Generation) texnologiyası üzrə təcrübə;
 - Komanda idarəetmə və mentorluq təcrübəsi (xüsusilə senior level namizədlər üçün)
 
İş şəraiti:
- 5 günlük iş qrafiki (09:00-18:00)
 - Yalnız ofis iş rejimi
 
Hər hansı sahəvi bilik (“domain knowledge”) tələb olunmur
BİZ NƏ VƏD EDİRİK?
- Mövcud əmək bazarına uyğun olaraq rəqabətli əmək haqqı səviyyəsi;
 - Çoxşaxəli süni intellekt layihələri ilə peşəkar inkişaf üçün əlverişli mühit;
 - Yeri və beynəlxalq əməkdaşlıqlar sayəsində interdisiplinar təcrübə mübadiləsi.
 
Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini 25.05.2025-ci il tarixinədək [email protected] elektron ünvanına email-in mövzu hissəsində “ML-middle” və ya “ML-senior” yazaraq göndərmələri xahiş olunur.