Hüquqşünas

Son tarix 31/10/2025

Vəzifəyə olan tələblər

8.1. Hüquq sahəsində Ali təhsilli;
8.2. Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət qabiliyyəti, təşkilatçılıq və problem həll etmək səriştəsi, qərarvermə və detallara diqqət etmək qabiliyyəti, yüksək diaqnostika, liderlik və innovativ idarəetmə qabiliyyəti

Vəzifə öhdəlikləri

-           Sənəd və müqavilələrin hüquqi ekspertizasının həyata keçirilməsi;
-           Müqavilələrin hazırlanması, müqavilələrə hüquqi rəylərin verilməsi;
-           Struktur və bölmələrin iş fəaliyyətində ortaya çıxan hüquqi məsələlərin qanunvercilik çərçivəsində həll edilməsi;
-           Aidiyyəti məsələlərə dair rəylərin hazırlanması;
-           Protokolların hazırlanması;
-           Məhkəmə və digər dövlət orqanlarına sənədlərin hazırlanması;
-           Hüquqi sənədləşmənin sistemləşdirilməsi və uçotunun aparılması;
-           Qanun mahiyyətli sənədlərin işlənilməsi və hazırlanması;
-           Müəyyən edilmiş qaydalara uyğun olaraq işçilərin inzibati və maddi məsuliyyətə cəlb edilməsi haqqında sənədlərin rəsmiləşdirilməsi;
-           Hazırlanan əmr, sərəncam, təlimat, qaydalar, standartlar və hüquqi xarakterli digər aktların, layihələrin hüquqi ekspertizasının keçirilməsində iştirak etmək;
-           İşçilərə cari qanunvericilik haqqında məsləhətlər, habelə təşkilati-hüquqi və başqa hüquqi məsələlərə rəyin bildirilməsi;
-           Mərkəzin fəaliyyətində ortaya çıxmış hüquqi məsələlərin həllində, eləcə də mərkəzin fəaliyyətinin təkmilləşdirilməsində iştirak etmək.

Bilməlidir

10.1 İngilis dili (yüksək səviyyədə), rus dili (yüksək səviyyədə);
10.2 (MS WINDOWS, MS OFFICE,INTERNET və s.) yüksək səviyyədə bilmək.