Hüquqşünas

Son tarix 14/02/2026

Vəzifə öhdəlikləri 

-   Sənəd və müqavilələrin hüquqi ekspertizasının həyata keçirilməsi;
-   Müqavilələrin hazırlanması, müqavilələrə hüquqi rəylərin verilməsi;
-    Struktur və bölmələrin iş fəaliyyətində ortaya çıxan hüquqi məsələlərin qanunvercilik çərçivəsində həll edilməsi;
-    Aidiyyəti məsələlərə dair rəylərin hazırlanması;
-    Protokolların hazırlanması;
-    Məhkəmə və digər dövlət orqanlarına sənədlərin hazırlanması;
-    Hüquqi sənədləşmənin sistemləşdirilməsi və uçotunun aparılması;
-    Qanun mahiyyətli sənədlərin işlənilməsi və hazırlanması;
-    Müəyyən edilmiş qaydalara uyğun olaraq işçilərin inzibati və maddi məsuliyyətə cəlb edilməsi haqqında sənədlərin rəsmiləşdirilməsi;
-    Hazırlanan əmr, sərəncam, təlimat, qaydalar, standartlar və hüquqi xarakterli digər aktların, layihələrin hüquqi ekspertizasının keçirilməsində iştirak etmək;
-    İşçilərə cari qanunvericilik haqqında məsləhətlər, habelə təşkilati-hüquqi və başqa hüquqi məsələlərə rəyin bildirilməsi;
-    Mərkəzin fəaliyyətində ortaya çıxmış hüquqi məsələlərin həllində, eləcə də mərkəzin fəaliyyətinin təkmilləşdirilməsində iştirak etmək.

    Tələb edilən bilik, bacarıq və təcrübə

  • Hüquq sahəsində Ali təhsil;
  •  Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət qabiliyyəti, təşkilatçılıq və problem həll etmək səriştəsi, qərarvermə və detallara diqqət etmək qabiliyyəti, yüksək diaqnostika, liderlik və innovativ idarəetmə qabiliyyəti; 
  • İngilis dili (yüksək səviyyədə), rus dili (yüksək səviyyədə); 
  • Mülki qanunvericilik və korporativ hüquq biliyi;
  • Qüvvədə olan konkretnormativ hüquqi aktların təhlili;
  • MS WINDOWS, MS OFFICE,INTERNET və s. yüksək səviyyədə bilmək.

 

Əmək haqqı müsahibə əsasında müəyyən ediləcək. 

 

Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini 14 fevral 2026-cı il tarixinədək [email protected] elektron ünvanına email-in mövzu hissəsində “Hüquqşünas” yazaraq göndərmələri xahiş olunur. 

Yalnız vəzifənin tələblərinə uyğun gələn namizədlərlə əlaqə saxanılacaqdır.