İnnovasiya ve startap ekosistemin inkişafına dəstək verilməsi
Maarifləndirmə və kadr hazırlığı sahəsində təlimlərin təşkili
İnnovativ layihə və tədbirlərin həyata keçirilməsi
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnnovasiyalar Mərkəzinin təşkilatçılığı ilə Bilim Bakı mərkəzinin “Deneyap” texnologiya laboratoriyasında “İlk dərs günü” tədbiri baş tutub.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, “Deneyap” texnologiya laboratoriyasına qəbul olunmuş şagirdlər, onların valideynləri və digər qonaqlar iştirak ediblər.
Öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca isə hər iki ölkənin dövlət himnləri səsləndirilib.
“Bilim Bakı” Mərkəzinin rəhbəri Ahmet Köse şagirdlərə və onların valideynlərinə “Deneyap” proqramı çərçivəsində keçiriləcək təlimlər, laboratoriya konseptləri, tədbirlər, təhsil modeli və dərs planları, tədris müddəti, dərsliklər və s. barədə məlumat verib və iştirakçıları maraqlandıran sualları cavablandırıb.
Qonaqlar “Deneyap” texnologiya laboratoriyasına qəbul olunmuş şagirdləri və valideynləri təbrik edib, onlara uğurlar arzulayıblar.
Sonda xatirə fotosu çəkilib.
“Deneyap” texnologiya laboratoriyasına şagird seçimi imtahanı 2 mərhələdən ibarət olub. 1-ci mərhələ olan yazılı imtahanda iştirak edən Bakı şəhərinin ümumtəhsil orta məktəblərinin 4, 5, 6, 7-ci sinfini bitirən 5000-ə yaxın şagird arasından ən çox bal toplayan 431 şagird 2-ci mərhələ olan praktiki imtahanda iştirak edib. Hər iki mərhələdə ümumi olaraq ən yüksək nəticə göstərən 80 şagird 3 il müddətində “Deneyap” texnologiya laboratoriyasında təhsil almaq hüququ qazanıb.
Cari ilin 20-22 sentyabr tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin və “Bilişim Vadisi Bakı”nın birgə təşkilatçılığı ilə “DIGIAGE - Bakı” rəqəmsal oyun düşərgəsi keçirilib.
Məqsəd peşəkar mentorların iştirakı ilə istedadlı gənclərin oyun hazırlamaları və layihələrini tanıtmalarıdır. Həmçinin onlara dünya bazarına çıxmaqla bağlı təcrübə qazandırmaq və yeni təşəbbüslər irəli sürmək istiqamətində dəstək əsas hədəflərdir. Bu çərçivədə gənclər komanda işi, layihə təqdimetmə və marketinq bacarıqlarını inkişaf etdirməklə yanaşı, innovasiya və yaradıcılıqlarını təşviq edərək fərqli oyun konsepsiyaları hazırlayıblar. Eləcə də peşəkarlardan şəbəkələşmə və karyera inkişafı üçün praktiki məsləhətlər alıblar.
Qeydiyyatdan keçmiş 175 iştirakçı arasında seçilmiş 100 iştirakçıya 1 ay ərzində oyun studiyalarında investisiya, oyun şirkətlərində hüquqi proseslər, oyun marketinq prosesi, tərtibatı və istehsalı prosesi ilə bağlı tövsiyələr verilib.
3 gün davam edən düşərgədə isə qəbul mərhələlərini tamamlayan iştirakçılar komanda və ya fərdi formada iştirak ediblər. Onlara oyun yaratma prosesində istifadə olunan ən son proqramlar, oyun inkişafının fərqli aspektləri, bu sektorda karyera imkanları barədə məlumat verilib. Tanınmış şirkət və oyun dizaynerlərinin motivasiya xarakterli hekayələri iştirakçılarla paylaşılıb.
Düşərgə müddətində "İnnovasiyalar Mərkəzi"nin direktoru Vüsal Rüstəmov və "Bilişim Vadisi"nin baş icraçı direktoru Erkam Tüzgen düşərgəyə komandaların işləri ilə tanış olublar.
Sonda 11 komanda hazırladıqları oyunları təqdim edərək münsiflər heyəti tərəfindən qiymətləndirilib.
Potensiallı hesab olunan “Untitle”, “Risee Interactive” və “Legions” komandaları ilə investisiya görüşləri davam edəcək, onlara mentorluq dəstəyi veriləcək. Bütün komandalara isə “DIGIAGE” tərəfindən mentorluq dəstəyi davam etdiriləcək.
Ötən il sentyabrın 7-dən 9-dək keçirilmiş ilk düşərgədə 14 komandadan müvafiq potensiallı hesab olunan 5 komandaya investisiya ayrılıb və “Bilişim Vadisi Bakı” kampusunda ödənişsiz ofis imkanları verilib. Ümumilikdə 14 komandadan 11-nə isə “Bilişim Vadisi” tərəfindən mentorluq dəstəyi verilməklə investisiya potensiallarının artırılmasına dəstək göstərilib.
Düşərgələr 2023-cü ildə “İnnovasiyalar Mərkəzi” və “Bilişim Vadisi Bakı” arasında imzalanan əməkdaşlıq memorandumuna əsasən təşkil olunur. Məqsəd texnoloji bacarıqların birgə inkişaf etdirilməsi, təlimlərin keçirilməsidir. Eyni zamanda, ölkəmizdə innovativ həllərin tətbiqinə və inkişafına təkan verəcək hakaton, butkamp modeli əsasında layihələrin birgə hazırlanması prioritetlərdir.
Sponsorlar: “PAŞA Holdinq”, “OBA Marketlər” şəbəkəsi
Tərəfdaş: “Code Academy”
Dəstəkçi: “Smart Hotels Group”, Mama’m Bakery
Media tərəfdaşı: ASAN Radio və TV, Tech.az
8 sentyabr 2024-cü il tarixində Bakı İdman Sarayında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və Türkiyə Texnologiya Komandası Fondunun (T3 Vakfı) əməkdaşlığı ilə yaradılan “Bilim Bakı” mərkəzinin “Deneyap” texnologiya laboratoriyasına şagird seçimi imtahanının ikinci mərhələsi olan praktiki imtahan keçirilib.
İmtahanda 29-30 iyun 2024-cü il tarixlərində keçirilən yazılı imtahan mərhələsində iştirak etmiş və Bakı şəhərinin ümumtəhsil orta məktəblərinin 4, 5, 6, 7-ci sinfini bitirən 5000-ə yaxın şagirdi arasından ən çox bal toplayan 431 şagird iştirak edib.
Praktiki imtahan zamanı namizədlər layihə tapşırığını müəyyən edilmiş müddətdə və materiallardan hazırlayıb münsiflər heyətinə təqdim ediblər. Təqdimat zamanı problem həll etmək, orijinal düşünmək, yaradıcı və innovativ həll tapmaq, özünü ifadə etmək kimi bacarıqlar qiymətləndirilib.
İmtahanın nəticələri on gün ərzində açıqlanacaq. Hər iki mərhələdə toplam ən yüksək nəticə göstərən 80 şagird 3 il müddətində “Deneyap” texnologiya laboratoriyasında təlim almaq hüququ qazanacaq.
“Deneyap” texnologiya laboratoriyasında keçirilən təlim proqramı gələcəyin texnoloji istedadlarının yetişməsini dəstəkləyir və ölkəmizin texnologiya sahəsində inkişafını hədəfləyir. Proqramı başa vuran iştirakçılar “Deneyap” məzunları sırasına daxil olmaqla ekspert şəbəkəsindən mentorluq dəstəyi almaq, təcrübə proqramlarına qoşulmaq, milli və beynəlxalq startap müsabiqələrində iştirak etmək kimi imkanlar əldə edə biləcəklər.
COP29 xüsusi viza portalı istifadəyə verilib
Bu ilin 11-22 noyabr tarixlərində Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) COP29 konfransına hazırlıq işləri çərçivəsində ölkəmizə səfər edəcək çoxsaylı rəsmi şəxslər, nümayəndə heyətləri və digər qonaqların rahatlığının təmin edilməsi istiqamətində Azərbaycan hökuməti tərəfindən bir sıra addımlar atılır. Belə ki, COP29 iştirakçılarının viza müraciəti prosesini sadələşdirərək onların Bakıya səfərlərinin rahat və səmərəli şəkildə təmin edilməsi məqsədilə COP29 xüsusi vizasının əldə edilməsi üzrə müvafiq portal istifadəyə verilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birgə “ASAN Viza” portalının COP29-la bağlı xüsusi viza müraciəti modulu www.evisa.gov.az/cop29, yaradılıb. Dünyanın 200-ə yaxın ölkəsindən on minlərlə iştirakçının COP29-a qatılacağı nəzərə alınaraq portal ingilis, alman, fransız, ispan, ivrit, italyan, rus, ərəb, fars, Çin və Koreya dillərində fəaliyyət göstərir. Portal 24/7 rejimdə dəstək və tam elektron, kağız sənədsiz viza prosesini təklif edir.
Qeyd edək ki, www.evisa.gov.az/cop29 portalı vasitəsilə COP29 xüsusi vizası əldə etmək istəyən rəsmilər, nümayəndə heyətləri və digər qonaqların öncə UNFCCC-nin onlayn qeydiyyat sistemi (https://onlinereg.unfccc.int/onlinereg) vasitəsilə qeydiyyatdan keçmələri tələb olunur. COP29 xüsusi vizası müraciət ərizələrinin tamamlanmasından sonra 3 iş günü ərzində ödənişsiz şəkildə əldə edilə bilər.
COP29 xüsusi vizasının əldə olunması qaydaları ilə elektron təlimat (https://cop29.az/storage/463/COP29-visa-guidelines_v04.pdf) və məlumatlandırıcı videoçarx (https://cop29.az/az/pages/visa-video) vasitəsilə tanış olmaq mümkündür.
"İnnovasiyalar Mərkəzi" ilə KOBSKA arasında əməkdaşlıq perspektivləri müzakirə olunub
Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi” ilə Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası (KOBSKA) arasında əməkdaşlıq imkanlarının müzakirəsi məqsədilə görüş keçirilib.
“İnnovasiyalar Mərkəzi”nin direktoru Vüsal Rüstəmov və KOBSKA İdarə Heyətinin sədri Nigar Ələsgərova qurumların fəaliyyətindən, gələcək planlardan, yüksək texnologiyaların hazırlanması istiqamətində həyata keçirilən tədbir və layihələrdən danışıblar.
Vüsal Rüstəmov qonaqlara “İnnovasiyalar Mərkəzi”ndə həyata keçirilən yeniliklər, ali təhsil müəssisələri ilə qurulan səmərəli əməkdaşlıq, həmçinin qlobal inkişaf meyllərini nəzərə alınmaqla mövcud əmək bazarında tələb olunan yeni sahələr üzrə kadr hazırlığı və s. məsələlərlə bağlı ətraflı məlumat verib. O, Mərkəzin fəaliyyətində innovasiya ekosisteminin inkişafının başlıca prioritetlər sırasında yer aldığını vurğulayıb, əlaqələrin əhəmiyyətini və əməkdaşlıq sahələrinə vurğulayıb.
KOBSKA-nın təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə həyata keçirilən “iFest” İnnovasiya və Texnologiya Festivalının ərsəyə gəlməsində göstərdiyi dəstəyə görə "İnnovasiyalar Mərkəzi"nə təşəkkürnamə təqdim olunub.
Sonda qonaqlar ASAN İnnovativ İnkişaf Mərkəzi, “Bilim Bakı” və “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, "iLab"da görülən işlərlə tanış olublar.
Tanışlıq zamanı qurumlar arasında qarşılıqlı əlaqələrin təkmilləşdirilməsi, ölkəmizdə startap innovasiya ekosisteminin inkişafının sürətləndirilməsi, innovativ həllərin hazırlanması və sahibkarlığın inkişafına dəstək olacaq layihələr üzrə potensial əməkdaşlıq imkanları da müzakirə olunub.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi” və “Bilişim Vadisi Bakı”nın birgə təşkilatçılığı, “Code Academy” şirkətinin dəstəyi ilə "İNNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzində “DIGIAGE - Bakı 2024” rəqəmsal oyun düşərgəsi keçiriləcək.
Məqsəd peşəkar mentorların iştirakı ilə istedadlı gənclərin oyun hazırlamalarına şərait yaratmaq, layihələrini tanıtmaqdır. Eləcə də onların dünya bazarına çıxmaq istiqamətində təcrübə əldə etmələrinə və yeni təşəbbüslərinə dəstək əsas hədəflərdir.
20 minə yaxın gəncin iştirakı ilə dünyada doqquzuncu, ölkəmizdə isə ikinci dəfədir təşkil olunacaq “DIGIAGE” düşərgəsi vasitəsilə oyun sektorunda inkişaf etmək istəyən fərdi iştirakçılara, komandalara, şirkətlərə mentorluq dəstəyi göstəriləcək və investisiya əsasında ekosistemi böyütmək imkanı təmin ediləcək.
Ötən ilin 7-9 sentyabr tarixində baş tutan ilk düşərgədə 14 komandadan müvafiq potensiallı hesab olunan 5 komandaya investisiya ayrılıb və "Bilişim Vadisi Bakı" kampusunda ödənişsiz ofis imkanları verilib. Ümumilikdə 14 komandadan 11-nə isə "Bilişim Vadisi" tərəfindən mentorluq dəstəyi verilməklə investisiya potensiallarının artırılmasına dəstək göstərilib.
Düşərgələr 2023-cü ildə “İnnovasiyalar Mərkəzi” , “Bilişim Vadisi Bakı” və “Code Academy” arasında imzalanan əməkdaşlıq memorandumlarına əsasən təşkil olunur. Məqsəd texnoloji bacarıqların birgə inkişaf etdirilməsi, təlimlərin keçirilməsidir. Eyni zamanda ölkəmizdə innovativ həllərin tətbiqinə və inkişafına təkan verəcək hakaton, butkamp modeli əsasında layihələrin birgə hazırlanması prioritetlərdir.
“DIGIAGE - Bakı 2024” düşərgəsində iştirak etmək istəyən şəxslər 16 avqust 2024-cü ilə tarixinədək https://digiage.com.tr saytı vasitəsilə qeydiyyatdan keçə bilərlər.
11-12 dekabr 2024-cü il tarixində Türkiyənin İstanbul şəhərində “Take Off İstanbul” startap sammiti baş tutub.
Türkiyə Texnologiya Komandası Vəqfinin (T3 Vəqfi), Türkiyənin Sənaye və Texnologiya Nazirliyinin və Prezident İnvestisiya İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən sammit sahibkarlıq mühitini gücləndirmək məqsədini daşıyır.
Tədbirdə "ASAN xidmət"in “İNNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin rezidentləri olan “Savafy.org”, “Taskool” və “KidFi”, “Gələcək üçün bacarıqlar” layihəsinin “Vooshi”, “Medappoint”, həmçinin “Glorri” yerli startapı innovativ həlləri və texnologiyaları ilə ölkəmizi təmsil ediblər. Onlar investorlarla və ekosistemin əsas oyunçuları ilə tanışlıq imkanı əldə ediblər.
“İnnovasiyalar Mərkəzi”nin direktoru Vüsal Rüstəmov "Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktara burada təqdim olunan innovativ layihələr barədə məlumat verib. Selçuk Bayraktar startapların fəaliyyətini yüksək qiymətləndirib və onlara uğurlar arzulayıb.
Tədbir çərçivəsində Türk İnvestisiya Fondu, "Yandex", "Al Baraka", "Sglobe.co", T3 Vəqfi, "ODTÜ Teknokent", "Havelsan", "Bilişim Vadisi" və bir çox vençur fondlarla da görüşlər keçirilib və mümkün əməkdaşlıq perspektivləri müzakirə edilib.
Beynəlxalq startap sammiti olan "Take Off" innovasiya üçün maneəsiz mühit yaratmaq məqsədilə sahibkarları, mentorları, vençur kapitalı təmsilçilərini və şirkətləri bir araya gətirir.
Sammit sahibkarların innovativ layihələrini təqdim etmələri, investorlarla birbaşa əlaqə qurmaları, sənaye liderlərindən ilham almaları və yeni biznes imkanları yaratmaları üçün unikal fürsətlər yaradır.
Bu günə qədər 100-dən çox ölkədən 801 startapı, 412 mentoru və investoru, 166 məruzəçini bir araya gətirən və ümumilikdə 755 min dollarlıq mükafat fondu təqdim edən “Take Off İstanbul” sahibkarlıq ekosisteminin inkişafına həsr olunmuş qlobal miqyaslı qeyri-kommersiya tədbiridir.
27 noyabr tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "İnnovasiyalar Mərkəzi" ölkənin ən böyük PR Forum 2024-ün rəsmi tərəfdaşı kimi çıxış edib.
ICESCO-nun Strateji Planlaşdırma və Mükəmməllik üzrə Direktoru Sally Mabrouk Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nəzdində fəaliyyət göstərən “İnnovasiyalar Mərkəzi”nin qonağı olub.
Sally Mabrouk ölkəmizə “Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası”nın Tərəflər Konfransının 29-cu sessiyası (#COP29) çərçivəsində səfər edib.
“İnnovasiyalar Mərkəzi”nin Direktoru Vüsal Rüstəmov qonağa Mərkəzin fəaliyyəti, həyata keçirilən layihələr və innovativ həllər barədə ətraflı məlumat verib.
Görüş zamanı, həmçinin tərəflər arasında innovasiya, kadr hazırlığı istiqamətində müzakirələr edilib. Eyni zamanda, gələcəkdə həyata keçirilə biləcək ortaq təşəbbüslərlə bağlı fikir mübadiləsi aparılıb.
"Bilim Bakı” mərkəzinin şagirdlərinin növbəti beynəlxalq uğuru
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “Bilim Bakı” mərkəzinin şagirdləri İtaliyanın paytaxtı Roma şəhərində keçirilən "Fibonacci" beynəlxalq robot olimpiadasının qalibi olublar.
320-dən çox komandanın yarışdığı olimpiadada “DENEYAP” texnologiya laboratoriyasının “Creators” komandası “Sağlamlıq elmləri və texnologiyaları” üzrə "Ali Məktəb Səviyyəsi" kateqoriyasında birinci yerin qalibi olub. Həmçinin “Turantech” komandası “Lego xəttinin təqibi” kateqoriyası üzrə münsiflər heyətinin xüsusi mükafatına layiq görülüb.
Hər il noyabr ayında İtaliyada keçirilən "Fibonacci" beynəlxalq robot olimpiadası ən böyük robototexnika tədbiridir. Dünyanın hər yerindən robototexnika həvəskarlarını bir araya gətirən bu tədbir yalnız yarışma deyil, həm də sərgi və təhsil seminarları ilə robototexnikada ən son nailiyyətləri nümayiş etdirir. İştirakçılar yaradıcılıqlarını sərgiləyərək texnoloji bacarıqlarını nümayiş etdirməklə yanaşı, yeni əməkdaşlıq və layihələr üçün də imkanlar tapırlar.
Bu il olimpiadada 13 ölkədən 93 müxtəlif məktəb və universiteti təmsil edən 1123 iştirakçı 18 kateqoriya üzrə mübarizə aparıb.
“Bilim Bakı” mərkəzi Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və Türkiyə Texnologiya Komandası Fondunun əməkdaşlığı ilə yaradılıb. Məqsəd 6 -14 yaşlı şagirdlərin texnologiya, innovasiya, elm və sahibkarlıq sahəsində bilik və bacarıqlarını inkişaf etdirmək, nəzəriyyəsi məlum olan elmi hadisələrin praktikada necə işlədiyini müşahidə etmək imkanlarını yaratmaqdır.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin təşkilatçılığı və Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) dəstəyi ilə “Güb TALKS” görüşlərinə start verilib.
“Gələcək üçün bacarıqlar” layihəsi çərçivəsində təşkil olunan görüşlər müxtəlif sektorları təmsil edən investorları bir araya gətirərək “TUSİ 2C” inkubasiya proqramlarında iştirak edən startap layihələrini tanıtmaq, onların inkişafını dəstəkləmək və investisiya imkanlarını genişləndirmək məqsədi daşıyır.
“Güb TALKS: HealthTech” adı altında keçirilən ilk görüşdə tibb sahəsində fəaliyyət göstərən investorlar, texnologiya həvəskarları və startapçılar iştirak ediblər. Tədbir zamanı “Gələcək üçün bacarıqlar” layihəsinin “TUSİ 2C” inkubasiya proqramının iştirakçısı “ABC” startapı innovativ layihəsini təqdim edib.
“ABC” startapı insanların sağlamlıq idarəetməsini təkmilləşdirmək məqsədilə yaradılıb və səhiyyə texnologiyaları sahəsində yenilikçi həllər təklif edir.
Görüşün sonunda startapçılar və sahibkarlar arasında işgüzar əlaqələrin qurulması məqsədilə netvörkinq sessiyası təşkil olunub ki, bu da gələcəkdə potensial əməkdaşlıqlar üçün zəmin yaradır.
“Gələcək üçün bacarıqlar” layihəsinin əsas məqsədi innovasiya sahəsində kadr potensialını artırmaq və innovativ fəaliyyətləri dəstəkləməkdir. Layihə çərçivəsində tələbələrə innovativ ideyaların inkişafı üçün dəstək verilir və onların ölkəmizin texnoloji tərəqqisinə töhfə verəcək kəşflər və ixtiralar sahəsinə yönəldilməsi prioritet olaraq seçilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti "Türkiyə Texnologiya Komandası" - T3 Fondunun dəvəti ilə Türkiyənin Adana şəhərində keçirilən "TEKNOFEST" aerokosmik və texnologiya festivalında iştirak edib.
Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev nümayəndə heyəti ilə birlikdə festivalda finala yüksələn və ölkəmizi təmsil edən bütün komandalarla görüşüb, onları təbrik edib və uğurlar arzulayıb. O, komandaların göstərdikləri səyləri yüksək qiymətləndirərək yeni nailiyyətlər üçün əzmlə çalışmağı məsləhət görüb. Qaliblərə yeni zirvələrə çatmaları və beynəlxalq arenada Azərbaycanı uğurla təmsil etmələri üçün dəstəyini ifadə edib.
Festivalda Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən Bilim Bakı mərkəzi də stendi ilə çıxış edib.
“Bilim Bakı” Mərkəzi “TEKNOFEST”in Azərbaycandakı koordinatorudur. Belə ki, festivalda ölkəmizi təmsil edən universitet tələbələri, gənclər və şagirdlərdən ibarət komandalar müxtəlif mərhələlər üzrə hazırlıq prosesini bu mərkəzdə keçiblər. Mərkəz onlara texniki və nəzəri biliklərin artırılmasında dəstək göstərərək, startapların beynəlxalq səviyyədə rəqabətə hazırlaşmasına töhfə verib.
Mərkəzin stendində festivalı ziyarət edən qonaqlara mərkəz haqqında ətraflı məlumat verilib, 6-14 yaş arası uşaqlara astronomiya, kosmos və aviasiya mövzularında təlimlər keçirilib.
2018-ci ildən etibarən təşkil olunan "TEKNOFEST" innovasiya, startap və texnologiya sahəsində dünyanın ən qabaqcıl tədbirlərindən hesab olunur. Festivalın keçirilməsinin əsas məqsədlərindən biri gənclərin qeyd olunan sahələrə diqqətinin cəlb olunması və müvafiq istiqamətlər üzrə inkişafı təmin etməkdir.