GERİ

“ASAN xidmət”də "Salam Doktor - onlayn həkim xidməti” layihəsinə start verilib

5 İyul, 2021

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “İnnovasiyalar Mərkəzi”, "Atəşgah” sığorta və “Sphera Healthcare AZ" şirkətinin birgə hazırladığı "Salam Doktor - onlayn həkim xidməti” layihəsinə start verilib.

Layihə 2, 3 və 5 saylı Bakı "ASAN xidmət" mərkəzlərində həyata keçirilir.

Pilot layihə çərçivəsində vətəndaşlar telesəhiyyə vasitəsilə aparılan tibbi audio konsultasiya, video məsləhət və öncədən aparılmış müayinələrin nəticələrini həkimə göndərməklə yazılı məsləhət xidmətlərindən yararlana bilərlər.  Eyni zamanda "Atəşgah” sığorta şirkəti tərəfindən əlavə olaraq təqdim olunan "Təcili hospitalizasiya, reanimasiya" və "Təcili yardım" kimi sığorta xidmətlərindən geniş formada istifadə mümkündür.
2 ay ərzində (31 avqust 2021-ci tarixinədək)  Mərkəzlərə müraciət edən və "Salam Doktor" pəncərəsində və ya qeydiyyatçı tərəfindən qeydiyyatdan keçən vətəndaşlar bu xidmətlərdən ödənişsiz yararlana biləcəklər.

“İnnovasiyalar Mərkəzi” MMC innovativ ideyalar bazasının formalaşdırılması ilə yanaşı, sahibkar və vətəndaşların maraqlarına uyğun xidmətlərin göstərilməsini təmin edir, həmçinin innovasiya məhsulunun və yüksək texnologiyaların  hazırlanması istiqamətində sosial innovasiya xarakterli tədbir və layihələr həyata keçirir.

Digər xəbərlər