GERİ

İsrail səfirinin müavini "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin qonağı olub

16 Sentyabr, 2021

9 sentyabr 2021-ci il tarixində İsrail Dövlətinin Azərbaycandakı səfirinin müavini Doron Peer Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində olub.

Görüş zamanı Azərbaycanda startap ekosisteminin inkişafı və biznes mühitinin gücləndirilməsi istiqamətində görülən işlərdən danışılıb.

Həmçinin “INNOLAND”in bu sahəyə verdiyi töhfələrdən, Mərkəz tərəfindən Silikon vadisində yaradılan “İnnovasiyalar evi” vasitəsilə yerli startapların qlobal səviyyədə sərmayə cəlbi, onların böyüməsi və inkişafı üçün yaradılan imkanlardan danışılıb. Eyni zamanda “İnnovasiyalar Mərkəzi”nin fəaliyyəti barədə məlumat verilib, Mərkəzin innovativ ideyalar bazasının formalaşdırılması ilə yanaşı, yeni startaplar və yüksək texnologiyaların hazırlanması istiqamətində həyata keçirilən tədbir və layihələrdən danışılıb.

Doron Peer Azərbaycanda xarici investorlar üçün əlverişli biznes mühitinin mövcud olduğunu vurğulayıb. Eyni zamanda, İsrailin aparıcı şirkətlərinin qabaqcıl təcrübəsinin ölkəmizdə tətbiqinin innovasiya və startap ekosistemin təkmilləşdirilməsi sahəsində yeni fürsətlər yaratdığını və startapların inkişafında mühüm rol oynadığını bildirib.

Eyni zamanda Dövlət Agentliyinin innovasiya və startap ekosisteminin yaradılması və inkişafı istiqamətində fəaliyyəti barədə qarşı tərəfə məlumat verilib, bu sahədə İsrail tərəfi ilə bilik və qarşılıqlı təcrübə mübadiləsinin önəmi vurğulanıb..

Bundan əlavə, görüşdə ölkəmizin startap ekosisteminin və biznes şəraitinin inkişafı istiqamətində birgə layihələr müzakirə olunub.

Sonda Doron Peer Mərkəzə və startaplara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Digər xəbərlər