GERİ

“İnnovasiyalar Mərkəzi”nin kollektivi Fəxri xiyabanı və İkinci Şəhidlər xiyabanını ziyarət edib

26 Oktyabr, 2021

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “İnnovasiyalar Mərkəzi”nin kollektivi Vətən müharibəsinin ildönümünə həsr olunmuş “Zəfər tarixi” layihəsi çərçivəsində Fəxri xiyabanı və İkinci Şəhidlər xiyabanını ziyarət ediblər.

Mərkəzin əməkdaşları ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Vətən övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad edib və ruhlarına dualar oxuyublar.

Azərbaycanın Milli Qəhrəmanı, şəhif general-mayor Polad Həşimovun məzarı önünə əklil və gül dəstələri qoyulub.

Sonra “İnnovasiyalar Mərkəzi”nin direktor vəzifəsini müvəqqəti icra edən Vüsal Rüstəmov Mərkəzin Vətən müharibəsin iştirak etmiş əməkdaşlarla görüşüb.

Görüşdə Dövlət Agentliyinin və “İnnovasiyalar Mərkəzi”nin müharibə dövründə birgə həyata keçirdiyi layihələrdən, yeni - innovativ texnologiyaların zəfərimizdəki rolundan, eyni zamanda Mərkəzin düşmən qüvvələrinin məğlub edilməsində döyüş tapşırıqlarını icra edərkən yaralanan və şəhid olan əməkdaşlarından söz açılıb. Ölkə Prezidentinin rəhbərliyi ilə Vətən müharibəsi iştirakçılarının sosial müdafiəsinin və rifahının yaxşılaşdırılması, şəhid ailələrinin və yaralı hərbiçilərin hərtərəfli dövlət qayğısı ilə əhatə olunması üçün mütəmadi tədbirlərin həyata keçirildiyi qeyd edilib.

Görüş zamanı əməkdaşlar döyüş xatirələrindən danışaraq Vətən müharibəsində iştirak etməkdən böyük şərəf və qürur hissi duyduqların qeyd ediblər və onlara göstərilən diqqət və qayğıya görə öz dərin təşəkkürlərini bildiriblər.

Sonda Mərkəzin direktoru əməkdaşlara Vətən Müharibəsində fədakarlıq nümayiş etdirərək ilk gündən son günə qədər böyük sücaət göstərdiklərinə görə təşəkkürünü bildirib və onlara hədiyyələr təqdim edib.

Digər xəbərlər