GERİ

“İnnovasiyalar Mərkəzi”nin təşkilatçılığı ilə “Zəfərə gedən yol” tamaşası təşkil olunub

5 Noyabr, 2021

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “İnnovasiyalar Mərkəzi”nin və "ASAN Könüllülük" Məktəbinin birgə təşkilatçılığı ilə “Zəfərə gedən yol” tamaşasının təqdimat tədbiri təşkil olunub.

Tədbirdə Dövlət Agentliyinin və tabeliyində olan qurumların əməkdaşları, şəhidlərimizin ailə üzvləri, Vətən müharibəsi qaziləri iştirak ediblər. 

Tədbir zamanı ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Vətən müharibəsində qazilərimizin keçdiyi döyüş yollarından, çətinliklərindən, əsgər və zabitlərimizin şücaətindən bəhs edən, həmçinin xalqımızın hümanistliyini və müharibə şəraitinə baxmayaraq sülhsevərliyini təbliğ edən tamaşa təqdim olunub. 

Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzinin dəstəyi ilə səhnələşdirilən tamaşa  “İnnovasiyalar Mərkəzi”nin 44 günlük Vətən müharibəsində iştirak etmiş əməkdaşlarının xatirələri əsasında hazırlanıb. 

Tamaşanın təşkil olunmasında məqsəd 44 günlük Vətən müharibəsinin milli iradə, milli ruh, milli ləyaqət təntənəsi olduğunu aşılamaq və “
Qələbə hislərinin yenilənməsinə şərait yaratmaqdır.

Tamaşanın sonunda könüllülərə sertifikatlar təqdim edilib və xatirə şəkli çəkilib.

Digər xəbərlər