GERİ

“Smart Xanım” layihəsinə start verilib

19 Noyabr, 2021

"INNOLAND" İnkubasiya və Akselerasiya mərkəzində "Smart Xanım" layihəsinin açılış tədbiri təşkil edilib.

Layihənin əsas məqsədi regionlarda innovativ qadın sahibkarların yetişdirilməsi, onların inkişafına dəstəkdir. Bu çərçivədə Masallı, Lənkəran, Biləsuvar, Tovuz, Şəmkir, Gəncə, Qax, Zaqatala, Balakəndə yaşayan qadınların sahibkarlıq, biznesin qurulması üzrə resurs və informasiyaya əlçatanlığının artırılması planlaşdırılır. Həmçinin  onlara  rəqəmsallaşma ilə bağlı bacarıqların yaranması və  potensiallarını kəşf etmələri üzrə şəxsi inkişaf proqramları təşkil olunacaq.

Layihənin dəstəkçiləri  Kənd Təsərrüfatı Nazirliyi, Gənclər və İdman Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və ABŞ-ın Azərbaycandakı Səfirliyidir.

Tədbir iştirakçıları ölkəmizin müxtəlif  regionlarında yaşayan qadınlar üçün  innovativ və sahibkarlıq fəaliyyətinə dəstək mexanizmləri, startapların formalaşması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat veriblər. 

Sonra iştirakçılar üçün layihənin həyata keçirilmə zərurəti, hədəf auditoriyası, gözləntilər barədə  məlumat verilib. 

Tədbir müzakirələrlə davam edib. 

Layihədə öz işini qurmaqla regionda iqtisadi inkişafa dəstək vermək istəyən 18 yaşdan yuxarı xanımlar 19 dekabr tarixinədək müraciət edə bilərlər. 

Qeydiyyat üçün link: https://docs.google.com/forms/d/1UVbc1Ez2hZ_ZTUZbNyFtZUTxJYDcxXD65DxNePxWNyI/edit

Digər xəbərlər