GERİ

"İnnovasiyalar Mərkəzi"nin direktoru Vüsal Rüstəmov MÜSİAD-in nümayəndə heyəti ilə görüşüb

29 Sentyabr, 2022

28 sentyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "İnnovasiyalar Mərkəzi"nin direktoru Vüsal Rüstəmov MÜSİAD-in nümayəndə heyəti (Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi) ilə görüşüb. 

Görüş zamanı Vüsal Rüstəmov “İnnovasiyalar Mərkəzi” və mərkəzin tabeliyində olan qurumların fəaliyyətdən, innovasiya və startap ekosisteminə verilən töhfələrdən, yeni startaplar və yüksək texnologiyaların hazırlanması istiqamətində həyata keçirilən tədbir və layihələrdən danışıb. 

Qonaqlar, yerində “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, ASAN İnnovativ İnkişaf Mərkəzi və “Bilim Bakı” mərkəzlərində yaradılan iş mühiti və şəraitlə tanış olublar.

Digər xəbərlər