GERİ

Layihə meneceri vəzifəsi üzrə vakansiya elan edirik

15 Noyabr, 2022

Tələblər:
🟦 Layihələrin idarə olunması üzrə ən azı 1 illik təcrübə;
🟦 Strateji planlaşdırma və vizyon müəyyən etmə qabiliyyəti;
🟦 Araşdırma və yüksək analitik bacarıqları;
🟦 Yüksək təşkilatçılıq və liderlik xüsusiyyətləri;
🟦 Təşəbbüskarlıq və kreativ düşüncə qabiliyyəti;

Vəzifə öhdəlikləri:
🟪 Müxtəlif innovasiya layihələrinin həyata keçirilməsi üzrə təkliflərin verilməsində və icrasında iştirak etmək;
🟪 İnnovasiyaların inkişafı üzrə uğurlu beynəlxalq təcrübənin öyrənilməsi və ölkədə tətbiqi ilə bağlı təkliflər vermək;
🟪 Bölmənin fəaliyyət istiqamətlərinə uyğun olaraq innovasiyalar üzrə vahid məlumat bazası, metodologiya və digər platformalarının yaradılması üzrə təkliflərin verilməsində və hazırlanmasında iştirak etmək;
🟪 Layihənin işçi qrupu ilə digər tərəflər arasında əlaqələndirmə üzrə fəaliyyəti təmin etmək;
🟪 Layihəni vaxtında, ayrılmış büdcə çərçivəsində və müvəffəqiyyətlə həyata keçirmək;
🟪 Xarici şirkətlərlə işgüzar əlaqələr qurmaq, müvafiq məlumatları təqdim etmək, qarşılıqlı fəaliyyəti təşkil və idarə etmək;
🟪 Yeni innovativ ideyalar və təkliflər vermək;

🕒 İş saatları: I-V gün, 09:00-18:00
💸 Əmək haqqı bilik və təcrübə səviyyəsinə görə müəyyənləşdiriləcək. Bonus və mükafatlandırma sistemi mövcuddur.

📧 Müraciət edənlərdən CV-lərini 30.11.2022-ci il tarixinədək mövzu hissəsində vakansiyanın adını göstərməklə [email protected] elektron poçtuna göndərmələri xahiş olunur.

Digər xəbərlər