🔍 Maliyyə analitiki axtarırıq.
📢 "İnnovasiyalar Mərkəzi"nin bir üzvü olmaq və bizimlə birgə peşəkar karyera qurmaq istəyənlər keçid edərək tələblərlər tanış ola bilərlər.
Vəzifə öhdəlikləri:
🔹 Müştərilərə təqdim olunan məhsul və xidmətlərin təhlilini aparmaq;
🔹 Müştərilərdən daxil olan şikayət və problemlərə operativ baxmaq;
🔹 Hesabatları tərtib etmək üçün uçotun müvafiq sahələri üzrə məlumatları hazırlamaq;
🔹 Qurumlarla aparılan əməliyyatların üzləşməsi və öhdəliklərin icra olunmasına nəzarət etmək;
🔹 Maliyyə üzrə üzləşmə prosesini aparmaq;
🔹 Tapşırılmış layihələrlə bağlı bankda açılmış hesab üzərindən aparılan əməliyyatlara nəzarət etmək;
🔹 Qurumlarla hesablaşmaları həyata keçirmək;
🔹 Dövriyyə üzrə gəlirləri və xərcləri tənzimləmək;
🔹 Ödəniş sistemləri üzrə əməliyyatları, yazışmaları və araşdırmaları aparmaq.
Tələb edilən bilik, bacarıq və təcrübə:
🔹 Ali iqtisadi təhsil;
🔹 Minimum 2 il iş təcrübəsi;
🔹 Çeviklik, nəticəyə fokuslanmaq;
🔹 Sərbəst araşdırma etmək və təhlil aparmaq, hesabat hazırlamaq bacarığı;
🔹 Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət qabiliyyəti.
Əmək haqqı namizədə görə müəyyən ediləcək.💸
Uyğun namizədlərdən öz CV-lərini 30 dekabr 2022-ci il tarixinədək [email protected] elektron ünvanına email-in mövzu hissəsində “Maliyyə analitiki” yazaraq göndərmələri xahiş olunur. 📧
Yalnız vəzifənin tələblərinə uyğun gələn namizədlərlə əlaqə saxanılacaq.