GERİ

"Bilişim Vadisi"nin direktoru “Bilim Bakı”da

15 Mart, 2023

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin təşkilatçılığı ilə "Milli texnoloji həmlənin önəmi və Bilişim Vadisinin rolu" adlı görüş keçirilib. 

“Bilim Bakı” mərkəzinin “Bilim Talk” layihəsi çərçivəsində keçirilən görüşdə "Bilişim Vadisi"nin direktoru A.Serdar İbrahimcioğlu, Dövlət Agentliyinin sədrinin müşaviri Azər Bayramov, “İnnovasiyalar Mərkəzi”nin direktoru Vüsal Rüstəmov, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev,  şagirdlər, tələbələr və startapçılar iştirak ediblər.

A.Serdar İbrahimcioğlu  milli texnoloji həmləsi istiqamətində atılan addımların ölkələrin texnologiyalarını inkişaf etdirməsi, xarici asılılığı azaltması və milli iqtisadiyyata töhfə verməsi məqsədi daşıdığını bildirib. "Bilişim Vadisi"nin texnologiya sektorunun böyüməsini dəstəkləməklə milli texnoloji həmləsinə önəmli təkan verməsi bu istiqamətdə əsas rolu olduğu vurğulanıb. 

Sonra A.Serdar İbrahimcioğlu "Bilim Bakı" mərkəzi və Azərbaycan Beynəlxalq Maarif Məktəblərinin birgə təşkilatçılığı ilə keçirilən “Dünya Pi günü”nə həsr olunan "Riyaziyyat şənliyi"ndə iştirak edib. 

Tədbirdə “Bilim Bakı” mərkəzinin müəllimləri tərəfindən şagirdlərə “Geometrik robot”, “Pi ədədi” və “Üçbucaqlı piramida modeli” barədə məlumatlar vizual olaraq izah edilib, müxtəlif oyunlar və “Bilim şou” nümayiş etdirilib. 

Sonda şagirdlərə sertifikatlar təqdim olunub.

Digər xəbərlər